Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PERMETRINOVAYA MAZ S BAKTERISIDOM

12.07 AZN

Məlhəm. Gələbənzər qeyri-şəffaf sarı rəngli kütlədir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Məlhəm böyüklərdə və uşaqlarda dərinin infeksion zədələnməsi olan qoturluq xəstəliyinin müalicəsi üçün istifadə olunur. Uşaqlarda yalnız həkim təyinatına əsasən istifadə olunur.


ƏKS GÖSTƏRİŞLƏR:

- permetrinə və ya məlhəmin hər hansı komponentinə qarşı yüksək həssaslıq;

- 2 aylığa qədər uşaqlar;

- hamiləlik və laktasiya dövrü;


XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ:

- məlhəmin gözə düşməsinə imkan vermək olmaz, düşərsə, göz konyuktivasına qıcıqlandırıcı təsir göstərir. Əgər bu baş verərsə, çox miqdarda su ilə yumaq lazımdır;

- 2 aylıqdan 6 aylığa qədər uşaqların müalicəsi tibbi personalın nəzarəti altında aparılmalıdır.


DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Öyrənilməyib.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Az miqdarda məlhəm nazik qatla gənələrin zədələndiyi sahəyə sürtülür və ehmalca hopdurulur. Məlhəm 24 saat saxlanılır, sonra sabunla yuyulur və alt paltarları dəyişdirilir. Əgər dəridə qaşınma və iltihabi proses azalmırsa, həmçinin yeni qotur və iltihab ocaqları meydana çıxırsa 1-2 gün fasilə ilə 5 dəfə təkrar istifadə edilə bilər.

2 aylıqdan 3 yaşa qədər uşaqlarda məlhəmin saxlanma müddəti 12 saatdır. Təkrar istifadə 2 gündən sonra yalnız bir dəfə ola bilər.


ƏLAVƏ TƏSİRLƏRİ:

Çox tez-tez - 1/10;

Tez-tez - 1/100 - 1/10;

Bəzən - 1/1000 - 1/100;

Nadir hallarda - 1/10000 - 1/1000;

Çox nadir hallarda - 1/10000;

Naməlum tezlikdə - mövcud məlumatlara görə təyin etmək mümkün deyil;


DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması haqqında məlumat yoxdur.

Təsiredici maddələr: 1 q məlhəmin tərkibində 50 mq permetrin, 1 mq xinifuril vardır.

Köməkçi maddələr: etil spirti, karboner, trolamin, təmizlənmiş su.