Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BECOVIT 2 ML

12.94 AZN

Spesifik qoxulu şəffaf qırmızı rəngli məhluldur.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- Suda həll olan B qrupu vitaminlərnin hipo- və ya avitaminozu;

- Cərrahi əməliyyatlardan sonra kompleks müalicənin tərkibində;

- Antibiotik müalicəsindən və ya diuretiklərlə müalicədən sonra stress vəziyyəti;

- Cərrahi əməliyyatdan əvvəl və ya sonra kompleks müalicənin tərkibində;

- Mədə-bağırsaq traktının pozulmaları, suda həll olan vitaminlərin sorulmasının çətinləşməsi;

- Uzunmüddətli və ya zəifləməkdə olan xəstəliklər: diabet, yanıqlar, infeksion xəstəliklər, bəzi psixi xəstəliklər, qaraciyər xəstəlikləri, nevrit və nevralgiyalar və s.


ƏKS GÖSTƏRİŞLƏR:

Dərmanın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.


XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYYAT TƏDBİRLƏRİ:

BEKOVİT bədxassəli anemiya və ya digər formalı 1 ci və 2 ci dərəcəli anemiyaların müalicəsi üçün nəzərdə tutulmayıb. BEKOVİT-in tərkibində konservant kimi benzil spirti olduğundan yeni doğulmuş və vaxtından əvvəl doğulmuş uşaqlar üçün istifadəyə yararlı deyil.


XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYYAT TƏDBİRLƏRİ:

- Həkim məsləhəti olmadan istifadə etməyin;

- Preparatın tərkibində konservant kimi benzil spirtindən istifadə olunduğuna görə yeni doğulmuşlara və yarımçıq doğulmuş uşaqlara təyin etmək olmaz;

- Birincili və ya ikincili anemiya, həmçinin bədxassəli anemiya zamanı istifadə edilməməlidir..

Həkimnizin təyin etdiyi dozanı aşmayın.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Fərdidir. Günaşırı 2 ml əzələdaxili və ya venadixili yeridilir.


ƏLAVƏ TƏSİRLƏRİ:

Məsləhət görülən dozalarda istifadə etdikdə əlavə təsiri az hallarda mümkündür. Qusma, taxikardiya, qaşınma və övrə şəkilli ötəri reaksiyalar ola bilər.

Təsiredici maddə: 1 ampulda 10 mq tiamin hidroxlorid, 40 mq nikotinamid 4 mq riboflavin fosfat, 4 mq piridoksin hidroxlorid, 6 mq dekspantenol vardır.

Köməkçi maddələr: benzil spirti, polisorbat 80, inyeksiya üçün su.