Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ANTIQRIPPIN

6.64 AZN

Bal-limon dadlı toz: spesefik qoxulu, ağ və boz-qonur rəngli hissəciklərin, müxtəlif dərəcəli qranullardan ibarət toz. tünd qonur rəngli ləkələri də ola bilər. Çobanyastığı dadlı toz: spesefik qoxulu, ağdan boz rəngə qədər, açıq qəhvəyi rəngli hissəciklərdən, müxtəlif dərəcəli qranullardan ibarət toz. Qonur rəngli ləkələri də ola bilər.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Titrəmə, başağrısı, oynaq və əzələ ağrıları, burun tutulması, boğaz və burun ağrısı zamanı yüksək qızdırma ilə müşayiət olunan hallar, infeksion-iltihabi xəstəlikləri zamanı istifadə olunur.


ƏKS GÖSTƏRİŞLƏRİ:

- parasetamola, askorbin turşusuna, xlorfenaminə və ya preparatın hər hansı digər komponentinə qarşı yüksək həssaslıq;

- mədə-bağırsaq traktın eroziv-xoralı pozulamaları;

- ağır böyrək və ya qaraciyər çatışmazlığı;

- alkoqolizm;

- bağıbucaqlı qlaukoma;

- fenilketonuriya;

- prostat vəzinin hiperplazmiyası;

- 15 yaşa qədər uşaqlar.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə qəbul edilir.

15 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 2-3 dəfə 1 paket. Paketin içərisindəki tozu stəkanda ilıq suda tamamilə həll edib alınmış məhlulu dərhal içmək lazımdır. preparatın yeməkarası qəbulu daha məqsədəuyğundur. Maksimal gündəlik doza 3 paket, doza arasındakı interval isə ən azı 4 saat olmalıdır. Qaraciyər və böyrək disfunksiyası olan xəstələrdə və ahıl yaşlı xəstələrdə interval ən azı 8 saat olmalıdır.


ƏLAVƏ TƏSİRLƏRİ:

- başağrısı, yorğunluq;

- ürəkbulanma, epiqastral nahiyədə ağrı;

- hipoqlikemiya;

- anemiya, hemolitik anemiya;

- dəri səpgisi, qaşınma, övrə.


DOZA HƏDDİNİN AŞILMASI:

Diareya, ürəkbulanma, qaşınma, qusma, başgicəllənmə, yuxu pozğunluqları, depressiya, qıcolma.


SAXLANMA ŞƏRAİTİ:

10-30C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


İSTEHSALÇI:

Polşa.

Təsiredici maddə: 5 q tozu tərkibində 500 mq parasetamol, 10 mq xlorfenamin maleat, 200 mq askorbin turşusu vardır. 

Köməkçi maddələr: bal-limon dadlı toz üçün: natrium hidrokarbonat, limon turşusu, sorbitol, povidon, saxaroza, natrium siklamat. aspartam, kalium asesulfam, çobanyastığı ekstraktı.