100 ml qarqara üçün məhlul
Farmakoloji təsiri: nar qabığı, palıd qabığı və küknar yarpağı aşı maddələrlə, xüsusən də taninlə zəngin olduğu üçün ağız boşluğu və udlağın selikli qişasına güclü büzücü və antibakterial təsir göstərir, virus və bakteriyaların selikli qişayaya daxil olaraq xəstəlik törətməsinin qarşısını alır. Evkalipt, adaçayı, gülümbahar və bibəriyyə otu güclü antibakterial, antifunqal və virus əleyhinə effekt verir. Aptek çobanyastığı, kəklikotu, biyan kökü və əməköməci çiçəyi iltihab əleyhinə təsir edir, ağız boşluğu və udlaqda qızartı və şişkinliyi aradan qaldırır. İtburnu meyvəsi və yaşıl çay C vitamini ilə zəngindir, dişəti xəstəliklərinin qarşısını alır. Mixək, exinaseya və propolis yerli anestetik və ağrıkəsici effekt verir.
İstifadəsinə göstərişlər:
Angina, tonzillit
Faringit, laringit
Gingivit
Parodontoz
Halitoz
Diş ekstraksiyasından sonra
Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində
Müxtəlif etiologiyalı quru öskürəklərdə
Əks göstərişlər: Məhlulun tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq
İstifadə qaydası: ağız boşluğu və udlaq1 xörək qaşığı məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir. 5 yaşdan yuxarı uşaqlara 10 ml məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir.
Nar qabığının, küknar yarpağının, mixək tumurcuğunun, yaşıl çay yarpağının, propolisin, aptek çobanyastığı çiçəyinin, kəklikotu otunun, itburnu meyvəsinin, biyan kökünün, adaçayı yarpağının, evkalipt yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, palıd qabığının, exinaseya otunun, meşə əməköməci çiçəyi və yarpağının spirtli çıxarışı, distillə suyu.