KAVİNTON 5 mq
İstifadəsinə göstərişlər
Nevrologiya:baş beyin qan dövranının müxtəlif pozğunluqları,
beyin insultdan sonrakı vəziyyət,damardemensiyası,
vertebrobazillyar çatışmazlıq,baş beyin damarlarının aterosklerozu,
posttravmatik və hipertonik ensefalopatiyada baş beyin qandövranının pozulmasının psixi və nevroloji əlamətlərini aradan qaldırmaq üçün .
Oftalmologiya:gözlərin damar və tor qişalarının xroniki damar xəstəlikləri.
Otologiya: eşitmə qabiliyyətinin davamlı xarakterli zəifləməsi, menyer xəstəliyi, qulaqlarda küy.
Əks göstərişlər
Bu preparatların hər bir komponentinə qarşı yüksək həssaslıq, hamiləlik,laktasiya dövrü.
Uşaqlar(klinik məlumatlar olmadığına görə).
İstifadəqaydası və dozası
Yeməkdənsonra daxilə qəbul edilir.Sutkalıq doza 15-30 mq(gündə 3 dəfə 5-10 mq).
Qaraciyər və böyrəkxəstəliklərində yuxarıda göstərilən dozalar qəbul edilir.
Dozahəddinin aşılması
Doza həddinin aşılması simptomları məlum deyil.
Məlumatlara görə 60mq/gün doza təhlükəsizdir.
Vinposetinin 360 mq birdəfəlik qəbulu nəkardiovaskulyar nə də digər əlavə effektlərin əmələ gəlməsi ilə müşayiətolunmayıb.
Təsiredici maddə:hər tabletin tərkibində 5 mq vinposetin vardır.
Köməkçi maddələr:maqnezium-stearat, susuz kolloidal silisium 4-oksid, talk, qarğıdalı nişastası, laktoza monohidrat