Xəstəliklərlə mübarizədə immun sistemini gücləndirən təbii vasitələrə hər zaman ehtiyac duyuruq. Bu vasitələrdən biri də Herba Flora şirkətinin istehsal etdiyi İmmunneo şərbətidir. İmmunneo şərbəti immun sistemin fəaliyyətini artırır, immuniteti yüksəldir, orqanizmin xəstəliklərə qarşı müqavimətini möhkəmləndirir. İmmunneo şərbəti exinaseya, şirin biyan, itburnu, eleuterokok, zəncəfil, qızılçətir otunun, limon meyvəsinin duru ekstraktları və balla zəngindir. İmmunneo şərbətinin tərkibindəki exinaseya interferon sintezini artırır, leykositlərin miqdarını artıraraq mikroblara qarşı orqanizmin müdafiə qabiliyyətini yüksəldir. Şirin biyan soyuqdəymə zamanı iltihab əleyhinə təsir edir
İtburnu,
qızılçətir, eleuterokok, zəncəfil və digər bitkilərin təsirilə maddələr
mübadiləsi sürətlənir, tərkibindəki mineral maddələr və
vitaminlər sayəsində avitaminozu aradan qaldırır və beləliklə
orqanizmin immun qabiliyyəti yüksəlir. İmmunneo şərbəti immundefisit
vəziyyətlərdə, avitaminozlarda, hipovitaminozlarda, iştahasızlıqda, zəif
qidalanmada və tez-tez xəstələnmə hallarında çox faydalıdır. Demək
olar ki, İmmunneo şərbəti immun fəaliyyəti yüksəltmək üçün olan bütün
vasitələrin içərisində ən keyfiyyətli məhsullardan biri və
birincisidir. İmmunneo qəbul edin, möhkəm immunitetə sahib olun!
Məhsulun xüsusiyyətləri: Şərbət endogen interferonun sintezini və leykositlərin
faqositar qabiliyyətini sürətləndirərək orqanizmin immunitetini yüksəldir və
xəstəliyə qarşı müqavimətini artırır. Bitkilərin tərkibindəki minerallar və
polivitaminlər hesabına vitamin çatışmazlığını aradan qaldırır. Bakteriya,
virus və göbələklərə qarşı məhvedici təsir göstərir. Xəstəlik zamanı yaranan
iltihabın aradan qalxmasına kömək edir.
İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı
vasitə kimi istifadə olunur): İmmundefisit
hallar, qripin müalicə və profilaktikası, tənəffüs yollarının iltihabi
xəstəlikləri, soyuqdəymə, antibiotiklərlə müalicə, şüa terapiyasından sonrakı
dövr, intoksikasiyalar, digər xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını
almaq məqsədi ilə.
İstifadə qaydası: 4-12 yaş: 1-2 desert qaşığı gündə 2 dəfə yeməkdən 30
dəqiqə əvvəl 12 yaşdan yuxarı, böyüklər: 2 xörək qaşığı (30 ml) gündə 2
dəfə yeməkdən 30 dəqiqə əvvəlTərkibində şəkər olduğuna görə şəkərli diabeti
olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər. Qeyd: Yaş
həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə
qarşı yüksək fərdi həssaslıq. Saxlanılması: 250C-dən yuxarı
olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı
açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti
qurtarmış şərbətdən istifadə etməyin. Yararlılıq müddəti: 2 il.
Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml
ГОСТ 28499-2014 üzrə istehsal olunur. İstehsalçı: “Herba
Flora” MMC
Tərkibi (100 ml): İtburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 13,8
ml; qara qarağat (Ribes nigrum) yarpağının duru ekstraktı – 12,2 ml; ürəkvari
cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 7,9 ml; sürünən kəklikotu
(Thymus serpyllum) otunun duru ekstraktı – 5,5 ml; məkkəgülü (Hibiscus
sabdariffa) çiçəyinin duru ekstraktı – 3,3 ml; qara gəndalaş (Sambucus nigra)
çiçəyinin duru ekstraktı – 3,3 ml.
Köməkçi maddələr: təmizlənmiş
distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat
(E211), qliserin (E422).