KORQLİKON
İstifadəsinə göstərişlər
Kəskin və xroniki ürək çatışmazlığı (üskükotu preparatlarına qarşı dözümsüzlük olduğu hallarda).
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı,həmçinin digər ürək qlikozidlərinə qarşı yüksək həssaslıq.Diastolik funksiyanın pozulmasında ürək çatışmazlığı , miokard infarktı,müxtəlif dərəcəli atrioventrikulyar blokada,bradikardiya ,ekstrasistoliya,ritmin implantasiyaedici aparıcısı olmadığı hallarda sinus düyününün zəiflik sindromu , qeyri-stabil stenokardiya ,karotid sinusun hiperhəssaslıq sindromu.Kəskin miokardit ,endokardit,hipertrofiyalı obstruktiv kardiomiopatiya,konstriktiv perikardit.Aortanın döş hissəsinin anervrizmi,ayrıca mitral stenoz,WPW(Volf-Parkinson-Uayt sindromu) sindromu.Hiperkalsiemiya ,hipokaliemiya,qlikozid intoksikasiyası.
İstifadə qaydası və dozası
Korqlikon venadaxili yeridilir.Yeritmə ləng,5-6 dəqiqə ərzində sutkada 1-2 dəfə keçirilir(preparat yalnız 10-20 ml izotonik natrium-xlorid məhlulunda həll edilir).Böyüklərə 0,5-1 ml birdəfəlik doza yeridilir,2-5 yaşlı uşaqlara-0,2-0,5 ml ; 6-12 yaşlı-0,5-0,75 ml.Sutkada 2 dəfə yeritmə zamanı inyeksiaarası fasilə 8-12 saat təşkil edir.Böyüklər üçün venadaxili maksimal dozaları:birdəfəlik-1 ml;sutkalıq-2 ml.
Doza həddinin aşılması
Doza həddi aşıldıqda aşağıdakı simptomlar əmələ gələ bilər: Ürək-damar sistemində:aritmiyalar,o cümlədən bradikardiya,atrioventrikulyar blokada,mədəcik taxikardiyası və ya ekstrasistoliya,mədəciklərin fibrillyasiyası. Həzm sistemində:anoreksiya,ürəkbulanma,qusma,diareya. Mərkəzi sinir sistemində və hissi üzvlərində:baş ağrısı,yüksək yorğunluq,nadir hallarda-rənglərin qavranılmasının pozulması,görmə itiliyinin zəifləməsi,skotomalar,makro və mikropsiya,çox nadir hallarda şüurun qarışması,sinkopal hallar. Müalicəsi:Qlikozid intoksikasiyanın yaranmasında,aritmiyaların əmələ gəlməsində kalium preparatları venadaxili damcı üsulu ilə yeridilir,yaxşı olar ki,insulinsiz(qan zərdabında kaliumun konsentrasiyası 5mEq/l olduğu zaman yeritmə ləğv edilir).AV- keçiriciliyinin pozulması zamanıkalium preparatları əks göstərişdir.Nəzərə çarpan bradikardiya zamanı atropin sulfat məhlulu təyin edilir(ilk 2 günərzində preparat xəstənin 10 kq bədən kütləsinə 0,05 q hesabı ilə sutkada 3-4 dəfə dərialtı yeridilir(5%-1ml),sonra isə korqlikonun kardiotoksik təsirinin ləğv olunmasına qədər sutkada 1-2 dəfə).Müalicəsi simptomatikdir.
Saxlanma şəraiti :
25°C-dən yüksək olmayan temperaturda ,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti:Resept əsasında buraxılır
Təsiredici maddə:1 ml məhlulun tərkibində 0,6 mq korqlikon vardır.
Köməkçi maddələr:xlorbutanol hemihidrat , inyeksiya üçün su