Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LİNKUS BALZAM

3.58 AZN

Yağlı  olmayan, ləkə  saxlamayan, rəngsiz  məlhəmdir.

İstifadəsinə göstərişlər

-          Soyuqdəymə;

-          qrip;

-          başağrısı;

-          döş  qəfəsində  çətin  xaric olan  bəlğəmin  toplanması. 

Əks göstərişlər

Preparatın  istənilən  komponentinə  qarşı  yüksək  həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Gözlərə, selikli  qişalara, dərinin  zədələnmiş  nahiyəsinə  düşməsindən  çəkinmək  lazımdır.

2 yaşdan  aşağı  uşaqlarda  istifadə  zamanı  həkimlə  məsləhətləşmək  lazımdır.

İstifadə qaydası və dozası

Yalnız  xaricə  istifadə  üçün  nəzərdə  tutulub.

Bilavasitə  döş  qəfəsinə, boğaza, buruna  və  ya  ağrı  nahiyəsinə  absorbsiyanı  gücləndirmək  üçün  sürtülür. Daha  yaxşı  nəticə  almaq  üçün  məlhəm  çəkildikdən  sonra  dəri  səthini  tənzif  və  ya  parça  ilə  örtmək  lazımdır.

Sürətli  dərin  təsir  əldə  etmək  üçün  1 çay  qaşığı  Linnas  balzamını  qaynar  suda  həll  edib  buxarı ilə  dərindən  nəfəs  almaq  lazımdır.

Qarışığı  təkrar  qızdırmaq  olmaz.

Gündə  3-4 dəfə  istifadə  edilir.   

Əlavə təsirləri

Allergik  reaksiyalar  mümkündür.

 

Buraxılış forması

25 q  məlhəm, plastik  flakonda. 1 flakon içlik  vərəqə  ilə  birlikdə  karton  qutuya  qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən  yüksək  olmayan  temperaturda  və  uşaqların  əli  çatmayan  yerdə  saxlamaq  lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz  buraxılır.

 

İstehsalçı

Herbion Pakistan Prayvet Limited.

Ünvan

30/28, Korangi sənaye zonası. Karaçi 74900, Pakistan.

www.herbion.com

Tərkibi

Təsiredici maddə:  1 q  məlhəmin  tərkibində  200 mq  mentol, 60 mq  evkalipt  yağı, 70 mq 

                               kamfora, 20 mq  terpentin (skipidar) yağı, 40 mq  mixək  yağı  vardır.

Köməkçi maddələr:

bərk  parafin, ağ  yumşaq  parafin.