UROLEN draje.
İstifadə qaydası və dozası
Böyüklər üçün: gündə 2-3 dəfə 2 draje. 3 yaşdan böyük uşaqlar üçün: gündə 2-3 dəfə 1 draje.
İstifadəsinə göstərişlər
Pielonefrit, sidik sisteminin iltihab vəziyyəti, böyrək daşı xəstəliyi, kristalluriya (sidik turşulu diatez, sitraturiya), əməliyyatdan sonrakı dövr (həkim ilə məsləhətdən sonra)
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq olan halda Urolen dərman vasitəsindən istifadə etmək olmaz.
Saxlanma şəraiti
25˚C-dən yuxarı olmayan temperaturda quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Aptekdən buraxılma şərti : Reseptsiz buraxılır
Tərkibi
Təsiredici maddələr: 1 drajenin tərkibində Cəfəri kökünün (Petroselini radix), Lobya
meyvəyanlığının (Phaseoli pericarpium), Tozağacı yarpaqlarının qatı
ekstraktı (Betulae folium )86,2 mq, Çobanyastığı otunun quru ekstraktı
(Chamomillae herba extractum siccum) 8 mq, Mərsin yarpaqlarının quru
ekstraktı (Vitis idaeae folium extractum siccum) 26 mq, toz halına qədər
xırdalanmış Lobya meyvəyanlığı (Phaseoli pericarpium pulv.) 78 mq,
kalium sitrat (Kalium citricum) 19 mq, natrium sitrat (Natrium
citricum) 16mq.
Köməkçi maddələr: limon turşusu, saxaroza, laktoza, kartof nişastası, maqnezium- stearat, talk.
Örtuyu: saxaroza, talk, Ərəbistan kitrəsi, indiqotin, Capol®.