100 ML
İstifadəsinə göstərişlər:
Yuxarı tənəffüs yolları infeksiyaları:
Təkrarlanan və persistent kəskin orta otit, göstərilən risk faktorları ilə müşaiyət olunduqda:
Əvvəlki 3 ay ərzində kəskin orta otit səbəbindən antibiotik ilə müalicə:
2 yaş
uşaq bağçasına getmək
Tonzillo-faringit və sinusit
Aşağı tənəffüs yolları infeksiyaları: bronxit, paylı və bronxopnevmoniya
Sidik yolları infeksiyaları: sistit, uretrit, pielonefrit
Dəri və yumuşaq toxuma infeksiyaları: sellülit, heyvan dişləmələri
Əks göstərişlər:
Penisillin və sefalosporin sırası antibiotiklərinə qarşı yüksək həssaslıq;
Terapin BİD forte-nin əvvəlki qəbulu zamanı xolestatik sarılıq/qaraciyər disfunksiyasının baş verməsi.
İstifadə qaydası və dozalanması:
Həkim tərəfindən başqa cür təyin edilməyibsə, tövsiyə edilən doza 90/6,4 mq/kq/gündür; 2 bərabər dozaya bölünərək 12 saatlıq fasilə ilə qəbul edilir. Müalicə müddəti 10 gündür.
Terapin Bid forte-nin tərkibindəki klavulan turşusunun miqdarı digər amoksisillin/klavulanat suspenziyalarından fərqlənir. Bu səbəbdən Terapin BİD forte 600 mq/42,9 mq digər amoksisillin/klavulanat suspenziyaları ilə əvəz edilməməlidir.
Suspenziyanın hazırlanması və istifadəsi:
İstifadədən əvvəl flakonun və qapağın zədəsiz olduğundan əmin olun.
Flakonu açın və üzərindəki işarənin yarısına qədər qaynadılmış soyuq su əlavə edin, qapağı bağlayın, yaxşı çalxalayın və homogen suspenziyanın əmələ gəlməsinə qədər 5 dəqiqə gözləyin.
Bundan sonra flakonu təkrar açıb üzərindəki işarəyə qədər su əlavə edin, qapağı bağlayın və bir daha yaxşı çalxalayın.
Hazır suspenziya soyuducuda (2-8 C) saxlanılmalı və 14 gün ərzində istifadə edilməlidir.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı mədə-bağırsaq sistemi tərəfindən simptomlar, həmçinin maye və elektrolit balansının pozulması müşahidə oluna bilər.
Əlavə təsirləri:
İnfeksiya və invaziyalar: tez-tez - dəri və selikli qişaların kandidozu; məlum deyil - qeyri-həssas mikroorqanizmlərin artması;
Qan və limfa sistemi tərəfindən: nadir və geriyədönən leykopeniya və trombositopeniya; çox nadir - geriyədönən aqranulositoz və hemolitik anemiya; məlum deyil - trombositopenik purpura; eozinofiliya;
Mədə-bağırsaq sistemi tərəfindən: tez-tez - diareya, ürəkbulanma, qusma; bəzən - həzmin pozulması;
Qaraciyər və öd sistemi tərəfindən: bəzən - qaraciyər fermentlərinin səviyyəsinin mülayim yüksəlməsi; çox nadir - hepatit vəxolestatik sarılıq.
Təsiredici maddələr: hər 5 ml hazır suspenziyanın tərkibində 600 mq amoksisillin və 42,9 mq klavulan turşusu vardır.
Köməkçi maddələr: susuz limon turşusu, natrium benzoat, natrium karboksimetilsellüloza ilə mikrokristallik sellüloza, natrium sitrat dihidrat, ksantan kitrəsi, susuz kolloidal silisium 4-oksid, silisium 4-oksid, moruq essensiyası, aspartam, saxaroza.