ALSET 10 mq
Göstərişlər
- pollinoz (mövsümi allergik rinitlər və konyunktivitlər),
- xroniki allergik rinit,
- allergik göynəmə,
- xroniki urtikariya (övrə)
Dozalanma Rejimi
Preparatın qəbulu qida qəbulundan asılı deyildir.
Müalicənin müddəti prosesin lokalizasiyasından və ağırlığından asılıdır. Preparatın qəbulu axşam yeməyi zamanı məsləhət görülür, çünki gecə simptomlar özünü daha güclü şəkildə büruzə verir. Pollinoz zamanı müalicə 3-6 həftə davam etməlidir.
12 yaşdan böyük uşaqlarda və böyüklərdə 1 tablet (10 mq) gündə 1 dəfə təyin edilir.
2 yaşdan 12 yaşa qədər uşaqlarda:
- çəkisi 30 kq - dan az uşaqlarda ½ tablet (5 mq) gündə.
- çəkisi 30 kq – dan çox olan uşaqlarda – 1 tablet (10 mq) gündə.
Ehtiyac yaranarsa tableti ortada xətti işarə olan tərəfdən 2 hissəyə bölmək və 5 mq dozada (1/2 tabletdən) səhər və axşam qəbul etmək olar.
Əks Göstərişləri
- preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq
- hamiləlik dövrü
- laktasiya dövrü
- 6 yaşa qədər uşaqlar
- qalaktozaya tolerantlığın pozulması ilə müşayiət olunan nadir irsi patologiyalarda, yaxud qlükoza-qalaktoza malabsorbsiyası olan xəstələ
- kreatin klirensi 10ml/dəq-dən az olan ağır dərəcəli böyrək çatmazlığı
Artiq Dozalanma
birdəfəlik 50 mq dozada (5 tablet) istifadəsi zamanı yuxululuq verməsi mümkündür.
Artıq dozalanma zamanı digər tədbirlərlə yanaşı mədənin yuyulmasını da aparmaq lazımdır.
Setirizinə qarşı xüsusi antidot yoxdur.
Hər tabletin tərkibinə daxildir:
aktiv maddə: setirizin dihidroxlorid 10 mq,
köməkçi maddələr: qarğıdalı nişastası, laktoza, polivinilpirrolidon, maqnezium stearat, təmizlənmiş su, Eudragit E məhlulu (quru maddə), polietilenqlikol 6000, titan dioksid, talk, metilen xlorid.