LUKASTİN
İstifadəsində göstərişlər
Bronxial astmanın profilaktikası və uzunmüddətli müalicəsi üçün, o cümlədən:
gündüz və gecə simptomlarının qarşısını almaq məqsədilə;
asetilsalisil turşusuna qarşı yüksək həssaslığı olan xəstələrdə bronxial astmanın müalicəsi;
fiziki gərginlik zamanı yaranan bronxospazmın qarşısını almaq məqsədilə.
Allergik rinitlərin gecə və gündüz simptomlarının aradan qaldırılması məqsədilə istifadə edilir.
Əks göstərişlər
-Preparata qarşı yüksək həssaslıq
-Fenilketonuriyalı xəstələrdə istifadə (preparatın tərkibində aspartamın tərkib hissəsi olan fenilalanin olduğuna görə).
Uşaqlarda istifadəsi
Montelukast 2-14 yaşlı uşaqlarda tədqiq olunmuşdur. 2 yaşdan aşağı uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi tədqiq olunmamışdır. 2-5 yaşında olan uşaqlarda Montelukast effektivliyi və təhlükəsizliyi ətraflı öyrənilmişdir. Mövsümi allergic riniti olan 15 yaş və yuxarı uşaqlarda və böyüklərdə montelukastın effektivliyi və təhlükəsizliyi ətraflı öyrənilmişdir.
Tədqiqat nəticələrinə, allergik rinitin patofiziologiyasına və montelukast farmakologiyasına əsaslanaraq, montelukast 6-14 yaşlı uşaqlarda mövsümi allergik rinitin müalicəsində effektiv və təhlükəsiz olduğunu ehtimal etmək olar.
Ahıl yaşlı xəstələrdə
Preparatın müxtəlif yaş qruplarından olan böyüklərdə kliniki effektivlik və təhlükəsizlik baxımından heç bir fərq müşahidə
olunmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası: B
Preparat hamilələr üzərində tədqiq edilməyib. Lakin preparatın istifadəsi hamilə üçün həyati vacibdirsə və ya hamilə orqanizmi üçün heç bir təhlükəsi yoxdursa, həkimin təyinatından sonra istifadə edilə bilər.
Montelukast natriumun ana südü ilə ifraz olunması öyrənilməmişdir. Lakin bir çox dərmanların ana südünə keçməsini nəzərə alaraq, montelukast natrium ana südü ilə qidalandıran qadınlarda ehtiyatla istifadə olunmalıdır.
İstifadə qaydası və dozası
LUKASTİN gündə bir dəfə təyin olunmalıdır.
2-5 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 4 mq çeynəmə tablet istifadə edilə bilər.
6-14 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 5 mq çeynəmə tablet istifadə edilə bilər. Bu yaş qrupuna daxil olan xəstələrdə dozanın korreksiyası tələb olunmur.
Yaşı 15 və ondan yuxarı olan xəstə qrupunda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 10 mq çeynəmə tablet istifadə edilə bilər.
Doza həddinin aşılması
Doza həddi aşıldıqda simptomatik müalicə aparmaq lazımdır. Xronik bronxial astma üzrə aparılan tədqiqatlarda 22 həftə ərzində 200 mq/gün və qısamüddətli tədqiqatlarda 1 həftə ərzində 900 mq/gün dozada montelukast natrium təyin olunmuş və bu zaman hər hansı bir klinik əhəmiyyətli əlavə təsir müşahidə olunmamışdır.
Post-marketinq təcrübələrdə və klinik tədqiqatlarda 150 mq/gün doza ilə müalicə olunan uşaqlarda doza həddinin aşılması halları müşahidə olunmamışdır. Ən çox rast gələn əlavə təsir susuzluq, yuxululuq, midriaz, hiperkinez və mədə ağrısı olmuşdur.
Montelukast orqanizmdən peritoneal dializ və ya hemodializ vasitəsilə təmizlənməsi haqqında məlumat yoxdur.
Təsiredici maddə : 1 çeynənilən tabletin tərkibində 4,16 mq montelukast-natrium (4mq montelukasta ekvivalentdir ) və ya 5,2mq montelukast-natrium (5mq montelukasta ekvivalentdir ) və ya 10,4 mq montelukast natrium (10 mq montelukasta ekvivalent) vardır.
Köməkçi maddələr: Titan 4-oksid, qırmızı dəmir oksidi, sarı dəmir oksidi ( boya maddələri).