LOPRIL-H 10 MQ
Göstərişlər:
Diuretiklərlə kombinə olunmuş müalicə tələb olunan müxtəlif mənşəli hipertoniya
Əks göstərişləri:
Lizinopril və digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq, hidroxlortiazid və digər tiazidlərə qarşı yüksək həssaslıq, anuriya və aortal stenoz, irsi və idiopatik angionevrotik ödem
Yan təsirləri:
Ən çox rast gəlinən əlavə təsir başgicəllənmədir ki, bu da preparatın dozasının azaldılmasından sonra aradan qalxır. Digər əlavə təsirlər: başağrısı, quru öskürək, süstlük, hipotenziya. Nadir rast gəlinən yan təsirlər: diareya, ürəkbulanma, qusma, ağızda quruluq, dəri səpgiləri, impotensiya.
İstifadə qaydası və doza:
Müalicə 10 mq doza ilə başlanılır. Maksimal doza günlük 40 mq-dır.
Təsiredici maddə: Lizinopril 10 mq + hidroxlortiazid 12,5 mq
Köməkçi maddələr
Kalsium hidrofosfat dihidrat, mannitol, maqnezium stearat,qarğıdalı nişastası, silisium 4 oksid