Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

KALSIUM D3 NIKOMED N30 (TABLET)

8.63 AZN

Yumru, iki tərəfi qabarıq, ağ rəngli örtüksüz, portağal ətirli örtüksüz tabletlər. Cüzi əlavələr və kənarlarının kələ-kötür olması mümkündür.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- kalsium və D vitamin çatışmazlığının müalicə və profilaktikası;

- kalsium və D vitaminin qəbulu əlavə olaraq kalsium və D vitamini çatışmazlığı riski olan pasiyentlərdə osteoporozun müalicəsi zamanı.

ƏKS GÖSTƏRİŞLƏR:

- preparatın təsiredici maddələrinə və ya komponentlərinə qarşı yüksək həssaslıq;

- ağır böyrək çatışmazlığı;

- Hiperkalsiemiyanın və/və ya hiperkalsiuriyanın inkişafına səbəb olan xəstəliklər və/və ya vəziyyətlər;

- D vitaminin hipervitaminozu.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Kalsium və D vitamini çatışmazlığı:

böyüklər: gündə 1-3 dəfə 1 tablet.

uşaqlar: gündə 1-2 dəfə 1 tablet.

DOZA HƏDDİNİN AŞILMASI:

Anoreksiya, yorğunluq, qusma, qəbizlik, ürəkbulanma, qusma, nefrokalsinoz, ürək aritmiyası.

Əlavə təsirləri:

Metabolizm və qidalanma pozulmaları

Bəzən rast gələn: hiperkalsiemiya və hiperkalsiuriya.

Çox nadir hallarda rast gələn: süd-qəhvəyi sindromu.

Mədə-bağırsaq pozulmaları

Nadir hallarda rast gələn: qəbizlik, dispepsiya, meteorizm, ürəkbulanma, qarında ağrı və ishal. 

Təsiredici maddələr: 1 tabletin tərkibində 1250 mq kalsium karbonat, 2,20 mq xolekalsiferol konsentratı şəklində xolekalsiferol 5,5 mkq xolekalsiferol vardır.

Köməkçi maddələr: ksilitol, portağal aromatizatorları qranulyatı, povidon, maqnezium stearat, sukraloza.