100 ML SİROP
İstifadəsinə göstərişlər:
3 aylıqdan 12 yaşa kimi uşaqlarda : - soyuqdəymə xəstəlikləri,qrip və uşaqyoluxucu xəstəlikləri (suçiçəyi ,xanəzir,qızılca,məxmərək,skarlatina və s.)fonunda yüksək bədən hərarətinin aşağı salınmasında qızdırmasalıcı vasitə kimi; -diş ağrısı ,o cümlədən uşaqlarda dişlərin çıxması,başağrısı,otit zamanı qulaq ağrısı və boğaz ağrıları zamanı ağrıkəsici vasitə qismində istifadə olunur. 2-3 aylığında uşaqlarda peyvənddən sonra bədənin hərarətinin salınması üçün bir dəfə qəbul oluna bilər.Əgər hərarət düşmürsə ,həkimə müraciət etmək lazımdır.
Əks göstərişlər :
-Parasetamola və ya preparatın istenilən digər inqrediyentinə qarşı yüksək həssaslıq;
-Qaraciyər və ya böyrəklərin funksiyasının ağır pozuntuları ;
-Fruktozaya qarşı irsi dözümsüzlük ;
-2 yaş qədər uşaqlar
İstifadə qaydası və dozası:
Preparat daxilə qəbul olunur. İstifadə etməzdən əvvəl flakon yaxşı-yaxşı silkələnməlidir.Qablaşdırmanın içərisinə qoyulmuş ölçü şprisi preparatın dozasını düzgün müəyyən etməyə imkan verir.Preparatın dozası uşağın ya
ından və bədən çəkisindən asılıdır. 3 yaşından böyük uşaqlar üçün: birdəfəlik doza sutkada 3-4 dəfə 10-15 mq/kq bədən çəkisinə,maksimum sutkalıq doza 60 mq/kq bədən çəkisinə dozadan çox ola bilməz.Zərurət yarandıqda tövsiyə olunmuş dozanı uşağa hər 4-6 saatdan bir,lakin 24 ssat ərzində 4 dozadan artıq olmamaqla vermək olar.Bütün digər hallarda Uşaq Panadolunun qəbulundan əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda ,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Aptekdən buraxılma şərti:
reseptsiz buraxılır
Təsiredici maddə:hər 5 ml suspenziyanın tərkibində 120 mq parasetamol vardır.
Köməkçi maddələr:
alma turşusu,ksantan kitrəsi,qlükoza şirəsinin hidrogenatı(maltitol),sorbitol(E420),susuz limon turşusu ,natrium nipasept (natrium etilparahidroksibenzoat (E215) , natrium propilparahidroksibenzoat (E217),natrium metilparahidroksibenzoat(E219) , çiyələk aromatizatoru (L10055),azorubin(E122),su. Uşaq panadolunun tərkibində şəkər,spirt və asetilsalisil turşusu yoxdur.