Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

Zilt (ZYLLT)

5.45 AZN
Zilt (ZYLLT)
İstifadəsinə dair göstərişlər:

Aterosklerozlu xəstələrdə aterotrombotik pozulmaların profilaktikası (miokard infarktı, insult, periferik arteriyaların trombozu, damar xəstəlikləri nəticəsində ölüm), o cümlədən miokard infarktından sonra (35 günə qədər), işemik insult (7 gündən 6 aya qədər) və ya qoyulmuş diaqnoz əsasında periferik arteriyaların okklyüzion xəstəliklərin fonunda tətbiq olunur.

İstifadə qaydası və dozası:

Qida qəbulundan asılı olmayaraq preparatı daxilə qəbul edirlər. Böyüklər üçün Ziltin adi dozası (yaşlı xəstələr də daxil olmaqla) – gün ərzində 1 həb (75 mq).

Əks göstərişlər:


Klopidoqrelə və ya preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq;
Ağır qara ciyər çatışmazlığı;
Babasil sindromu, kəskin qanaxma (məsələn, mədə-bağırsaq yarasından, kəllədaxili qansızmalar);
əmizdirmə.

Doza həddinin aşılması:

Ədəbiyyatda qəsdən edilən doza həddinin aşılması barədə məlumat var. 1050 mq klopidoqrelin qəbulu zamanı (14 tablet) doza həddinin aşılmasının simptom və əlamətləri müşahidə olunmamışdır.
Spesifik antidot yoxdur. Trombositlərin transfuziyası klopidoqrelin təsirini qaytara bilər.

Saxlanılma şəraiti:

25°С-dək temperaturda saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Aptekdən buraxılma şərti:

Həkimin resepti ilə buraxılır.


1 örtüklü həbə daxildir:

Təsiredici maddə: klopidoqrel hidrosulfat formalı 75 mq-lıq klopidoqrel.
Köməkçi maddələr: susuz laktoza, mikrokristallik sellüloza, jelatinləşdirilmiş nişasta, makroqol 6000, hidrogenləşdirilmiş gənəgərçək yağı, hipromelloza, titana-dioksid (Е171), “Sikofarm rot” boyaq maddəsi (Е172), talk, propilenqlikol.