Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LASOLVAN – LAZOLVAN (şərbət)

6.88 AZN
LASOLVAN – LAZOLVAN (şərbət)
İstifadəsinə göstərişlər:

Qatı bəlğəm ifrazı ilə tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri: kəskin və xroniki bronxit, pnevmoniya, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri, bəlğəm ifrazının çətinləşməsi ilə müşayiət olunan bronxial astma, bronxoektatik xəstəlik.
 
Əks göstərişlər:

Ambroksola və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, hamiləliyin 1-ci üç ayı. Lasolvan, hamiləliyin l-lll üç ayları və laktasiya dövründə, böyrək, yaxud qaraciyər çatışmazlığı zamanı ehtiyatla qəbul etmək lazımdır.

İstifadə qaydası və dozası:

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: Şərbət 30 mq/5 ml -gündə 2 dəfə 10 ml daxilə qəbul edilir. Bu sxem tənəffüs yollarının kəskin xəstəliyinin və 14 gün müddətində olan xroniki vəziyyətin ilkin müalicəsi üçün münasibdir.
Şərbət 15 mq/5 ml -gündə 3 dəfə 10 ml 12 yaşa qədər uşaqlarda xəstəliyin ağırlığından asılı olaraq aşağıdakı dozalar məsləhət görülür:

Şərbət 30 mq/5 ml:

·  6-12 yaşlı uşaqlar: gündə 2-3 dəfə 5 ml
·  2-5 yaşlı uşaqlar: gündə 3 dəfə 2,5 ml
·  1 -2 yaşlı uşaqlar: gündə 2 dəfə 2,5ml
Preparatın göstərilən dozası ilkin müalicə üçün təyin edilib: 14 gündən sonra onu 2 dəfə azaltmaq olar.

Tənəffüs yollarının kəskin xəstəliklərinin müalicəsi zamanı xəstənin vəziyyəti yaxşılaşmazsa, yaxud pisləşərsə, həkimə müraciət olunmalıdır.
Lasolvan qida qəbulundan asılı olmayaraq qəbul oluna bilər.

Doza həddinin aşılması:

Insanlarda doza həddinin aşılması ilə bağlı məlumat yoxdur. Məlum olmuşdur ki, təsadüfi doza həddinin aşılması, yaxud həkimin səhv təyinatı zamanı müşahidə olunan hallar Lasolvanın məsləhət görülən dozalarda qəbulu zamanı məlum əlavə təsirlərinə uyğundur.
Ürəkbulanma, qusma, diareya və dispepsiyanın baş verməsi mümkündür.
Müalicəsi: süni qusma törətmək, preparatın qəbulundan sonra ilk 1-2 saat ərzində mədənin yuyulması, tərkibcə yağlı qidaların qəbulu, simptomatik müalicə.

Saxlanma şəraiti: 

 30 mq/5 ml. 30cC-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Aptekdən buraxılma şərti:

 
Reseptsiz buraxılır.
 

Tərkibi:30 mq/5 ml konsentrasiyalı şərbət:

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 30 mq (30 mq/5 ml) ambroksol-hidroxlorid vardır.

Köməkçi maddələr: hietelloza (hidroksietil-sellüloza), qliserol 85% (qliserin 85%), sorbitol məhlulu, benzol turşusu, acesulfam kaliya, 201629 "vanil" aromatizatoru, PHL- 132200 "qaymaqlı çiyələk" aromatizatoru, təmizlənmiş su.