Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

TUTUKON

42.68 AZN
TUTUKON
İstifadəsinə göstərişlər 
Böyrəklərdə artıq miqdarda duzların əmələ gəlməsi (urat, oksalat, fosfat, karbonat);
Xırda urolitiaz: daşların əmələ gəlməsinin profilaktikası
Daşların xaric edilməsindən sonra daşəmələgəlmənin profilaktikası;
Podaqra;
Sidik yollarının infeksiyası: sistit, uretrit, pielonefrit;
Dizurik əlamətlər;
Sidik və öd yollarının spazmı;
Litotripsiyadan sonra konkrementləri xaric etmək məqsədi ilə;
Spastik kolit;
Intoksikasiyanın müxtəlif növləri (dərman, alkoqol, narkotik, qida zəhərlənmələri)
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq
İstifadə qaydası və dozası
Preparat  gündə  3 dəfə daxilə  yeməkdən 30 dəqiqə  əvvəl  45 ml  qəbul edilir.
Müalicəvi doza:
YaşDozaMəktəbəqədər yaş dövrügündə 3 dəfə 5-10mlMəktəbyaşlı uşaqlargündə 3 dəfə 15mlBöyüklərgündə 3 dəfə 45mlHamilələrgündə 3 dəfə 20ml
Preparatın qəbul edilmə müddəti 2-4 həftə təşkil edir. Doza həkim tərəfindən korrektə edilə bilər.
Saxlanma şəraiti
Preparatı otaq temperaturunda, işıq şüalarından, rütubətdən kənar və uşaqların əli çatmayan yerdə  saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti : Reseptsiz buraxılır.
 
Təsiredici  maddələr: 100ml daxilə qəbul üçün məhlulun tərkibində 570 mq çöl qatırquyruğu, 330 mq qırmızı quduzotu, 280 mq  boldo

yarpaqları, 170 mq kaktus, 170 mq pişikquyruğu, 170 mq rozmarin, 170 mq samurdişi otu, 170 mq aptek limonotu vardır.

Köməkçi maddə: natrium  metilparaben