Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

YARİNA

19.15 AZN
YARİNA
İstifadə qaydası və dozası :

Düzgün qəbul edildikdə kombinə edilmiş daxilə qəbul olunan kontraseptiv vasitələr ildə təxminən 1% uğursuzluq dərəcəsinə malikdirlər.

Tabletlərin qəbulu buraxıldıqda və ya düzgün qəbul edilmədikdə , uğursuzluq dərəcəsi arta bilər .

Tabletlər qablamanın üzərində göstərildiyi qaydada , hər gün təxminən eyni vaxta bir qədər maye ilə qəbul edilməlidir.21 ardıcıl gün ərzində gündə 1 tablet qəbul edilir.

Hər növbəti qablamanın qəbuluna 7 gün dərmansız fasilədən sonra başlanılmalıdır.adətən həmin dövrdə qanaxma baş verir.

Aybaşı adətən , nazik təbəqə ilə örtülmüş sonuncu tablet qəbul olunduqdan 2-3 gün sonra baş verir və növbəti qablamadan tabletlərin qəbuluna başlayanadək qurtarmaya bilər. 
 
Doza həddinin aşılması:

Yarina həddən artıq doza ilə bağlı hər hansı klinik təcrübə olmamışdır.

Daxilə qəbul olunan kombinə edilmiş kontraseptiv vasitələrlə olan ümumi təcrübəyə əsasən , bu halda baş verə biləcək simptomlar bunlardır: ürəkbulanma, qusma və gənc qızlarda zəif uşaqlıq yolu qanaxması .

Bunun hər hansı antidotu və xüsusi müalicəsi yoxdur.
 


Təsiredici maddə: Tərkibində 0,030 mq etinilestradiol və 3 mq drospirenon olan örtüklü tabletlər. 

Köməkçi maddələr: Laktoza monohidrat 46 mq, qarğıdalı nişastası , modifikasiya olunmuş nişasta (əvvəlcədən jelatinləşdirilmiş nişasta) , povidon 25000 , maqnezium stearate , hidroksilpropilmetil sellüloz , makroqol 6000 , talk , titan dioksidi , sarı dəmir oksidi