Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SİRDALUD 4 MQ

17.29 AZN RESEPTLƏ SATILIR
SİRDALUD 4 MQ
İstifadəsinə göstərişlər:
Ağrılı əzələ spazmı :
-  Onurğanın statik və funksional xəstəlikləri ilə əlaqədar olan (boyun və bel sindromları);
-  Cərrahi müdaxilədən sonra, məsələn onurğaarası diskin yırtığı və ya bud-çanaq oynağının osteoartrozu ;
-  Nevroloji xəstəliklər zamanı skelet əzələlərinin spazmı; dağınıq skleroz, xronik mielopatiya, onurğa beyinin degenerativ xəstəlikləri, beyin qan dövranı pozğunluğu və serebral iflic.

Əks göstərişlər:
Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Böyüklərdə gündə 1 dəfə 2-4 mq təyin edilir. Ağır hallarda yuxudan əvvəl əlavə 2-4 mq qəbul etmək olar.

Nevroloji pozğunluqlarda:başlanğıc doza 3 qəbula bölünmüş 6 mq-ı keçməməlidir.

Dozanı 3-4 gündən 7 günə qədər intervalla 2-4 mq-a qədər artırmaq olar.Adətən optimal terapevtik effektə gündəlik doza 3 və ya 4 qəbula bölünmüş 12-24 mq-a qədər olduqda nail olunur.Gün ərzində doza 36 mq-ı keçməməlidir.

Uşaqlarda dərman vasitəsinin tətbiqi təcrübəsi məhduddur .Uşaqlara təyini məsləhət deyil.


Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq və ya 4 mq tizanidinə ekvivalent miqdarda tizanidin-hidroxlorid vardır.

Köməkçi maddələr:
susuz kolloidal silisium 4-oksid ,stearin turşusu, mikrokristallik sellüloza laktoza .