Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DAMOTU

0.50 AZN
DAMOTU
Farmakoloji təsiri:

Damotunun dəmləməsinin sedativ, mərkəzi sinir sistemində sakitləşdirici təsirləri var, ürək ritmini azaldır, ürək yığılmalarının gücünü artırır və arterial qan təzyiqini azaldır.

İstifadəsinə göstəriş:

Damotu ürək-damar nevrozlarında, hipertoniya xəstəliyinin ilkin dövrlərində, kardiosklerozda, miokarditlərdə, stenokardiyada, yüksək sinir oyanıqlığında, psixasteniyada, nevrasteniyada, yuxusuzluqda, klimaaksda və hipertireozun yüngül formalarında tətbiq edilir.

İstifadə qaydası:

İki xörək qaşığı xammalın üzərinə 200ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür.Gündə 2 dəfə, hər dəfə 1\2 stəkan yeməkdən 1 saat əvvəl qəbul edilir.Dəmləməni sərin yerdə 2 günə qədər saxlamaq olar.
Damotunun tərkibində efir yağı, alkaloidlər, saponinlər, aşı maddələri və s. vardır.