Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SELESTODERM-V MƏLHƏM

9.71 AZN
SELESTODERM-V MƏLHƏM
İstifadəsinə göstərişlər:

Ekzema (atopik, qəğiyəbənzər), kontakt dermatit, seboreyalı dermatit, neyrodermit, günəş dermatiti,eksfoliativ dermatit, radiasion dermatit, intertriginoz dermatit, psoriaz (yayılmış psoriaz istisna olmaqla) kimi, qlükokortikosteroid terapiyaya qarşı, həssas dermatozların iltihab əlamətlərinin azaldılması üçün.

Əks göstərişləri

Bakterial infeksiyaların (məsələn, piodermiya, vərəm və sifilitik proseslər), həmşinin virus infeksiyalarının (məsələn, suçiçəyi, sadə Herpes, kəmələyici Herpes, adi ziyillər (kondilomlar), kontagioz mollüsklər) törətdiyi dərinin müalicə olunmamış zədələnmələri; dərinin göbələk infeksiyaları, yayılmış psoriaz, parazitar infeksiyalar, dərinin xoralı zədələnmələri, yaralar. Kortikosteroidlərin istifadəsindən əlavə təsirlərin olması ( məsələn, perioral dermatit, striyalar). İxtioz yeniyetmələrin pəncə dermatozu, adi civzələr, çəhrayı civzələr, dəri qan damarlarının divarlarının keçiriciliyinin yüksəlməsi, dərinin atrofiyası, anogenital qaşınma. Selestoderm-V təsiredici maddəyə və ya preparatın hər-hansı digər komponentinə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir.

İstifadə qaydası və dozası:

Selestoderm-V vəziyyətin ağırlığından asılı olaraq gündə 1-3 dəfə, dərinin zədələnmiş sahələrinə nazik qatla sürtülür.Əksər hallarda effektin əldə olunması üçün gündə 1-2 dəfə sürtülməsi kifayət edir. Preparatın sürtülmə sayı zədələnmənin dərəcəsinə müvafiq olar təyin edilir. Yüngül dərəcəli zədələnmə zamanı preparatı gündə bir dəfə sürtmək, olar daha ağır zədələnmə hallarında preparatın sürtülmə sayını artırmaq lazımdır. Okklüzion sarğıların altından istifadə etmək olmaz, belə ki, preparatın sürtülmə sayını artırmaq lazımdır. Okklüzion sarğıların altından istifadə etmək olmaz belə ki preparatın əlavə təsiri güclənə bilər. Preparatın fasiləsiz istifadəsi 4 həftədən artıq olmamalıdır. Terapevtik effekt əldə edilən daha az aktiv kortikosteroidə keçmək lazımdır və tədricən preparatının istifadə tezliyini azaltmaq və ya yerli istifadə edilən daha az aktiv kortikosteroidə keçmək lazımdır və tədricən preparatını kəsilməsi ilə dəstəkləyici terapiyanı davam etdirmək lazımdır. Əgər vəziyyət yaxışlaşmırsa və ya 2-4 həftə terapoiya ərzində pisləşirsə təkara müayinə aparmaq və müalicəyə yenidən baxmaq lazımdır.

Təsiredici maddə: 1q məlhəmintərkibində 1 mq betametazon (17-valerat betametazon şəklində) vardır.

Köməkçi maddələr: yumuşaq ağkənar parafin, mineral yağ.