Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

OMEQAST

3.96 AZN
OMEQAST
Göstərişləri:

Omeqast kapsulları üçün göstərişlər aşağıdakılardır

Böyüklər:

·  12-barmaq bağırsaq xoralarının müalicəsi
·  12-barmaq bağırsaq xoraların residivinin profilaktikası
·  Mədə xoralarının müalicəsi
·  Mədə xoralarının residivinin prodilaktikası
·  Peptik xora xəstəliyində müvafiq antibiotiklər ilə kombinasiyada, Helicobacter pylori eradikasiyası
·  QSİƏP əlaqəli mədə və 12 barmaq bağırsağın xoralarının müalicəsi
·  Risk qrupunda olan pasientlərdə QSİƏP ilə əlaqəli mədə və 12-barmaq bağırsa xoraların qarşısının alınması
·  Reflüks ezofaqitin müalicəsi
·  Müalicə olunmuş reflüks ezofaqitli pasientlərdə uzunmüddətli təyinatlarda
·  Qastroezofaqeal təyinatlarda
·  Qastroezofaqeal reflüks xəstəliyinin  simptomlarının müalicəsi
·  Zollinger-ellison sindromunun müalicəsi.

Uşaqlarda;

  1 yaşdan yuxarı və 10 kq-dan çox olan uşaqlar:
·  Reflüks ezofaqitin müalicəsi
·  Qastroezofaqeal reflüks zamanı mədə qıcqırmasının və turş requrqitasiyasının simptomik müalicəsi

4 yaşdan yuxarı uşaqlarda;

Müvafiq antibiotiklər ilə kombinasiyada H.pylori ilə törədilmiş 12-barmaq bağırsağın xora xəstəliyinin müalicəsi.

Əks göstərişlər:

Omeprazola, benzimidazollara və ya hər hansı bir köməkçi maddələrə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası:

Preparatın səhər vaxtı qəbul edilməsi tövsiyə olunur, acqarına qəbul olunması arzuolunnandır və maye ilə qəbul edilməlidir. Udma qabiliyyəti pozulmuş xəstələrdə kapsulun möhtəviyyatı yüngül dərəcəli turş mühitli olan mayelərə qatılıb 30 dəqiqə müddətində istifadə oluna bilər. Kapsul çeynənməmli və əzilməməlidir.
Təsiredici maddə:

hər bir enterik örtüklü mikropellet kapsulda 20 mq omeprazol vardır.

Köməkçi maddə:

şəkər kürəcikləri, natrium nişastaqlikolyatı, natrium-lauril sulfat, povidon, hipromelloza flalat 50, talk, mannitol, bərk jelatin kapsul ölçü 2.