ULTROKS 20 MQ

ULTROKS 20 MQ

20.87 AZN
Çəhrayi rəngli, dəyirmi formalı örtüklü tabletlərdir.
Göstərişlər:

Hiperxolesterinemiyanın müalicəsi:

Böyüklərdə, yeniyetmələrdə, 10 yaş və 10 yaşdan yuxarı uşaqlarda ilkin hiperxolesterinemiyanın və qarışıq dislipidemiyanın müalicəində pəhriz və digər qeyri-farmokoloji müalicə qənaətbəxş deyilsə, pəhrizə əlavə kimi təyin edilir.
İrsi homoziqot hiperxolesterinemiyanın müalicəsində pəhrizə və digər lipid azaldıcı müalicələrə əlavə kimi və ya belə müalicələr xəstəyə müvafiq deyilsə tərin edilir.

Ürək-damar xəstəliklərindən müdafiə:

İlkin ürək-damar problemləri üçün yüksək risk faktorlarına malik xəstəliklərdə risk faktorlarının korreksiyası üçün.

Əks göstərişlər:

Rozuvastatinə və tərkibindəki hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Müalicəyə başlamazdan əvvəl xəstə xolesterin azaladan pəhrizə baçlamalı və müalicə müddətində də pəhrizə davam etməlidir. Dozalanma müalicənin məqsədindən və xəstənin müalicəyə cavabından asılı olaraq fərdi seçilməlidir.

 

Təsiredici maddə: hər 10 mq-lıq örtükülü ULTROKS tabletinin tərkibində 10 mq  rozuvastatinə müvafiq rozuvastatin kalsium vardır.

Köməkçi maddə: laktoza monohidrat, kalsium-karbonat, mikrokristallik sellüloza, krospovidon Kollidon CL, hidroksipropil sellüloza, maqnezium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.