Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SPAZMOBLOK 500 MQ N20

3.26 AZN
N10 TABLETKA
Göstərişlər:
-Daxili orqanların saya əzələlərinin spazmı nəticəsində yaranan zəif və orta dərəcəli ağrı sindromu
-Nevralgiya, artralgiya, işilalgiya, mialgiyanın qısammüddətli simptomatik müalicəsi üçün
-Cərrahi müdaxilələr və diaqnostik prosedurlardan sonra köməkçi maddə kimi ağrıların aradan qaldırılması üçün.

Əks göstərişlər:
Preparatın tərkibində olan hər hansı bir təsiredici və yaxud köməkçi maddələrinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Böyüklər və 15 yaşdan yuxarı yeniyetmələrdə istifadəsi-1-2 tablet gündə 2-3 dəfə istifadə olunur. Maksimal gündəlik doza 6 tablet təşkil edir.
Müalicə müddəti 5 gündən artıq olmamalıdır.
Uşaqlarda dozalanması yaşdan asılı olaraq təyin edilir.
12-15 yaş dövründə olan uşaqlara 1 tablet gündə 2-3 dəfə təyin edilir. Maksimal sutkalıq doza 3 tablet təşkil edir.
9-12 yaş dövründə olan uşaqlara ½ tablet gündə 2-3 dəfə təyin edilir. Maksimal sutkalıq doza 2 tablet təşkil edir.

Təsiredici maddə: hər tabletin tərkibində 500 mq natrium metamizol, 5 mq pitofenon hidroxlorid və 0,1 mq fenpiverinium bromid vardır.
Köməkçi maddə: buğda nişastası, laktoza monohidrat, jelatin, mikrokristallik sellüloza, talk, natrium hidrokarbonat, maqnium stearat.