Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

D-FEROL 10 ml

14.70 AZN
D-FEROL

GÖSTƏRİŞLƏR:

D-ferol orqanizmin D3 vitamininə tələbatın artması, D3 vitamini çatışmazlığında,raxitin ptofilaktika və müalicəsində, osteomalasiyanın və osteoporozun kompleks müalicəsində, sümük əriməsi ilə əlaqədar sümük qırılması riski yüksək olan hallarda, hipokalsemik tetaniyalar, malabsorbsiya ilə müşayiət olunan vəziyyətlər– xroniki bağırsaq rezeksiyası, hiperparatiroidizmin kompleks müalicəsi zamanı köməkçi vasitə kimi və profilaktik məqsədlə istifadə olunur.


ƏKS GÖSTƏRİŞLƏR:

D vitamininə qarşı hiperhəssaslıq, D hipervitaminozu, hiperkalsemiya,hiperkalsiuriya, böyrək çatışmazlığı.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

1,5-14 yaş arası uşaqlar üçün gün ərzində 1 dəfə 1 damcı nəzərdə tutulur;

14 yaşdan yuxarı uşaqlar və böyüklər gün ərzində 1 dəfə 2-3 damcı nəzərdə tutulur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Digər istifadə qaydalarına və dozasına yalnız həkimin məsləhəti əsasında icazə verilə bilər.

Hər 1 ml damcının tərkibində 15.000 BV vitaminin D3 (xolekalsiferol) vardır.