Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

EMELİN 10 mg

6.54 AZN
EMELİN 10 mg

İstifadəsinə göstərişlər:

Setirizinil boyu və mövsümü allergik rinit, xroniki idiopatik övrə, Kvinke ödemi,allerqodermatozlar, allergik konyunktivit, pollinozlar, qida və dərman allergiyasının simptomatik müalicəsində, xroniki obstruktiv bronxit və bronxial astmanın kompleks müalicəsində istifadə edilir.

Əks göstərişlər:

Setirizinə və dərman vasitəsinin tərkibindəki hər hansı digər maddəyə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir. Laktasiya dövründə istifadə etmək olmaz.

İstifadə qaydası və dozası:

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar – gündə 1 tablet (10 mq)

6-12 yaş uşaqlar – gündə 2 dəfə  ½  tablet (5 mq) və ya gündə 1 dəfə 1 tablet (10mq)

2-6 yaş uşaqlar – gündə 2 dəfə ¼  tablet (2.5mq) və ya gündə 1 dəfə ½  tablet (5 mq)

1-2 yaş uşaqlar – gündə 2 dəfə 1/8  tablet (1.25mq) və ya gündə 1 dəfə ¼ tablet (2.5 mq)

6 yaşa qədər uşaqlarda istifadəsinə dair kifayət qədər məlumat yoxdur.

Yaşlı xəstələr:

Normal böyrək funksiyasına malik olan yaşlı xəstələrdə dozanın azaldılması ilə bağlı məlumat yoxdur.

Böyrək çatışmazlığı:

Böyrək çatışmazlığı olan xəstələrdə setirizin tövsiyə edilən adi gündəlik dozası iki dəfə azaldılmalıdır.

Təsiredici maddələr:

Hərtabletin tərkibində 10 mq Setirizin dihidroxlorid vardır

Köməkçi maddələr:

Qarğıdalı nişastası, laktoza monohidrat, povidon, maqnezium stearat, örtük, hipromelloza,propilenqlikol, titan 4-oksid, talk.