Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

TROMİCİN 500MG N3

7.40 AZN
TROMİCİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəlikləri:

Yuxarı tənəffüs yolların infeksiyaları:

-  Bakterial faringit/tonzollit, sinusit, orta qulağın otiti

Aşağı tənəffüs yolların infeksiyaları:

-  Bakterial bronxit, intersisal və alveolyar pnevmoniya, xroniki bronxitin kəskinləşməsi

Dəri və yumşaq toxumların infeksiyaları:

-  Xroniki miqrasiyaedici eritema – Laym xəstəliyinin başlanğıc mərhələsi, qızılyel, impetiqo, ikincili

piodermatozlar

Cinsi yolla keçən infeksiyalar:

-  Chlamydia trachomatis tərəfindən törədilən ağırlaşmamış infeksiyalar ( uretrit, servisit )

ƏKS GÖSTƏRİŞLƏR:

Azitromisinə və Tromisin tərkibində daxil olan digər komponentlərə və ya digər makrolidlərə qarşı yüksək

həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Preparatın tərkibində 148 mq natrium vardır, bu, natriuma görə pəhriz saxlayan xəstələrdə nəzərə alınmalıdır.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Tromisin preparatı 500 mq örtüklü tabletlər şəkilində gündə 1 dəfə, yeməkdən 1 saat öncə və ya 2 saat sonra,

daxilə qəbul edilməlidir. Tabletləri çeynəmədən udmaq lazımdır.

Dozalanması:

Yaşlı pasientlərdə dozalanması: aritmiyaya meyilli olan yaşlı insanlarda azitromisin ilə müalicə zamanı iki dəfə

artıq ehtiyatla davranmaq lazımdır, belə ki, bu qrupa daxil olan xəstələrdə ürək ritmini pozğunluğu və torsade

de pointes tipli taxikardiya riskləri yüksəldir.

Böyrək çatışmamazlığı olan xəstələrdə dozalanması: yüngül və orta dərəcəli funksional böyrək çatışmazlığı

olan xəstələrdə doza korreksiyasına ehtiyac yoxdur. Glomerulyar filtrasiya dərəcəsi ((GFR) 10-80 ml/dəq).

Azitromisin kəskin böyrək çatışmazlığı olan xəstələrdə ( GFR<10 ml/dəq ) ehtiyatla istifadə olunmalıdır.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: ürəkbulanma, eşitmənin müvəqqəti pozulması, qusma, diareya.

Müalicə: doza həddinin aşıldığı hallarda aktivləşdirilmiş kömür qəbul olunmalı və simptomatik müalicə

aparılmalıdır.

Təsiredici maddə: hər bir örtüklü tabletin tərkibində 500 mq azitromisin dihidrat vardır.

Köməkçi maddələr: mikrokristallik sellüoza, povidon, natrium kroskarmelloza, natrium laurilsulfat, susuz kolloidal

silisium dioksid, maqnesium-stearat.