Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SPRAMAX 3 MLN İU

15.36 AZN
SPRAMAX 3 MLN İU

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Preparata qarşı həssas mikroorqanizmlər tərəfindən tördəilmiş infeksiyalar:

-  LOR orqanlarınıın infeksiyaları ( həmçinin, sinusit, tonzillit );

-  Aşağı tənəffüs yollarının infeksiyaları ( kəskin xəstəxanaxarici pnevmoniya, atipik pnevmoniya, xroniki

bronxitin kəskinləşməsinə );

-  Periodont infeksiyaları;

-  Dəri və yumşaq toxumların infeksiyaları ( qızıl yel, ikincili yoluxmuş dermatozlar, impetiqo, ektima, eritrazma
);
-  Sümük-oynaq infeksiyaları;

-  Cinsiyyət sisteminin infeksiyaları ( qeyri-qonoreya etiologiyalı );

-  Toksoplazmoz, həmçinin hamilələrin toksoplazmozu;

-  Rifampisinə əks göstəriş olduğu hallarda meniqokok meningitinin profilaktikası: Neisseria meningitidis-on

burun-udlaqdan eradikasiyası məqsədilə. Spiramisin meniqokok meningitinin müalicəsi üçün istifadə olunmur.

Preparat, meningitli xəstələrə müalicədən sonra və xəstənin hospitalizasiyasından əvvəlki 10 gün ərzində

onunla temasında olmuş çəxslərə profilaktik məqsədlə təyin olunmur;

-  Penisillinlərə qarşı yüksək həssaslığı olan şəxslərdə kəskin oynaq revmatizminin profilaktikası.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Laktasiya dövrü;

-  Qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı ( kəskin hemoliz təhlükəsi olduğundan );

-  Uşaqlar ( 1,5 mln. BV dozada tabletlər üçün – 3 yaşa qədər, 3 mln. BV dozada tabletlər üçün – 18 yaşa

qədər );

-  Spiramisinə və preparatın tərkibindəki digər komponentlərinə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklər: gündə 3 mln. BV dozada 2-3 tablet və ya 1,5 mln. BV dozada 4-6 tablet ( 6-9 mln. BV ) daxilə qəbul

olunur ( 2-3 dəfəyə qəbul olunmaqla ). Maksimal gündəlik doza 9 mln. BV-dir.

Çəkisi 20 kq və daha artıq olan uşaqlar: 150-300 min BV/kq/gün dozada 2-3 dəfəyə qəbul olunmaqla. Uşaqlar

üçün maksimal gündəlik doza 300 min BV/kq təşkil edir.

Böyüklərə meninqokok meningitinin profilaktikası məqsədil 3 mln. BV dozada gündə 2 dəfə 5 gün, uşaqlara isə

75 min BV dozada gündə 2 dəfə 5 gün ərzində təyin olunur.

Tabletlər kifayət qədər su ilə daxilə qəbul olunur.

ƏLAVƏ TƏSİRLƏR:

Həzm sistemi tərəfindən: ürəkbulanma, qusma, ishal; çox nadir hallarda ( 0,01%-dən az ) –

psevdomembranoz kolit, qaraciyərin funksional sınaqlarda deyışkənlik və xolestatik hepatitin inkişafı; tək-tək

hallarda – xoralı ezofagit və kəskin kolit. QİÇS-li xəstələrdə kriptosporidiozun müalicəsi zamanı yüksək

dozalarda təyin olunduqda, bağırsaqların selikli qişasının kəskin zədələnməsi qeyd olunmuşdur ( cəmi 2 halda ).

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: spiramisinin doza artıqlığı halı müəyyən olunmamışdır. Ürəkbulanma, qusma, ishal kimi

simptomların inkişafı mümkündür.

Müalicəsi: lazım gəldikdə simptomatik müalicə aparılır. Spesifik antidotu yoxdur.

Təsiredici maddə: 1 tabletin tərkibində 1,5 mln. BV və 3 mln. BV dozada Spiramisin vardır.

Köməkçi maddələr: mikrokristallik sellüoza, prejelatinləşdirilmiş qarğadalı nişastası, hidroksipropil sellüoza,

natrium kroskarmelloza, kolloidal silisium 4-oksid ( susuz ), maqnezium stearat.