Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DECLAREN

7.56 AZN
DECLAREN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞ:

Mövsümi pollinoz və ilboyu allergik rinit ( burundan selik ifrazını, göyərmə, gicişmə və burun tutulmasını,

gözlərin gicişməsini və qızarması, göz yaşarmasını asanlaşdırmaq və aradan qaldırmaq üçün ) – xroniki

idiopatik övrəd dəri gicişməsinin və səpginin azalması və ya aradan qaldırılması ).

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;

-  Tərkibindəki şəkərlərə qarşı iris dözümsüzlük;

-  1 yaşa qədər uşaqlarda istifadəsi.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Ketokonazolla, eritomisinlə, azitromisinlə, fluoksetinlə, simetidinlə dəfələrlə birgə istifadə zamanı dezloratadinlə

bu preparatların arasında kliniki əhəmiyyətli qarşılıqlı təsir baş verilməmişdir. Dezloratadin alkoqolun mərkəzi

sinir sisteminə təsirini gücləndirmir.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Ağır böyrək çatışmazlığı olan pasiyentlərə ehtiyatla təyin olunmamalıdır. Şərbət formasında Deklaren şəkərli

diabeti olan xəstələrə ehtiyatla təyin edilir, çünki hipoqlikemik vasitələrin dozasının korreksiyası tələb oluna

bilər.

İSTİFADƏ QAYDASI:

Deklareni qida qəbulundan asılı olmayaraq az miqdarda su ilə içərək daxilə qəbul etmək lazımdır.

1 yaşdan 5 yaşa qədər uşaqlar üçün: gündə 1 dəfə 2,5 ml şərbət təyin edilir. 6 yaşdan 11 yaşa qədər uşaqlar

üçün gündə 1 dəfə 5 ml şərbət təyin edilir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün: gündə 1 dəfə 10

ml şərbət təyin edilir.

Müalicə müddəti və qəbulun davamlığı xəstəliyin xarakteri ilə müəyyənləşdirilir. Mövsümi polinozların müalicəsi

zamanı simptomlar itdikdən sonra preparatın qəbulu dayandırılır. İlboyu allergik rinitin müalicəsində preparat

pasiyentin allergenlə kontaktda olduğu bütün müddətdə fasiləsiz olaraq qəbul olunur.

ƏLAVƏ TƏSİRLƏRİ:

Yüksək yorğunluq, ağızda quruluq, başağrısı. Nadir hallarda aşağıdakı əlavə təsirlər müşahidə olunur:

-  MSS-nə: başağrısı, yuxululuq;

-  Ürək-damar sisteminə: taxikardiya, ürəkdöyünmə;

-  Həzm sisteminə: qarında ağrılar, ürəkbulanma, qusma, dispepsiya, diareya, qanda bilirubinin, qaraciyər

fermentlərinin səviyyəsinin artması.
-  Allergik reaksiyalar: anafilaksiya, angionevrotik  ödem, gicişmə, səpgi, övrə.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: əlavə təsirlərin güclənməsi.

Müalicəsi: mədənin aktivləşdirilmiş kömürün qəbulu ilə yuyulması, lazım olunduğda simptomatik terapiya.

Hemodializ qeyri-effektivdir. Peritoneal dializin effektivliyi təyin olunmayıb.

 
Təsiredici maddə: hər 1 ml şərbətin tərkibində 0.5 mq desloratadin vardır.

Köməkçi maddələr: saxaroza, sorbitol ( 70% ), natrium benzoate, natrium sitrat dihidrat, dinatrium edetat,

sunset sarıcı FCF, propilenqlikol, tutti-frutti aramatizatoru, təmizlənmiş su.