Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FLOXEDOL

9.93 AZN
FLOXEDOL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Floksedol, ofloksasinə qarşı həssas mikroorqanizmlərin törətdiyi göz infeksiyalarında istifadə edilir:

-  Konyunktivit ( konyuktivanın iltihabı );

-  Blefarit ( göz qapağının iltihabı );

-  Blefarokonyunktivit ( konyuktivanın və göz qapaqlarının iltihabı );

-  Dakriosistit ( göz yaşı kanalının iltihabı );

-  Keratit ( buynuz qişanın xorası ).

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın istənilən komponentlərinə və xinolonlara ( siprofloksasin, levofloksasin və norfloksasin )

qarşı yüksək həssaslıq.

İSTİFADƏ QYADASI VƏ DOZASI:

Müalicə müddəti və dozalanma həkim tərəfindən hər bir pasiyent üçün fərdi müəyyən edilir.

Böyüklər və 1 yaşdan yuxarı uşaqlarda məsləhət görülən doza.

1-ci və 2-ci gün
2 və ya 4 saatdan bir 1-2 damcı
3-cü gündən başlayaraq
Gündə 4 dəfə ( hər 6 saatdan bir )
Daha ağır hallarda ( keratit )
Tətyinat, 1-2 damcı hər 1 və ya 2 saatdan bir artırılır.


ƏLAVƏ TƏSİRLƏR:

Tezlik
əlavə təsirlər
Nadir
Gözlərin müvəqqəti qıcıqlanması:
-  Sancma və gözdə diskomfort;
-  Yanma hissi;
-  Gözün qızarması;
-  Qaşınma ( dərinin qıcıqlanması );
-  Fotofobiya ( işiğa həssaslıq ).
Çox nadir
-  Başgicəllənmə;
-  Ürəkbulanma.
Məlum deyil ( əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil )
Ciddi əlavə təsirlər:
-  Ofloksasin istifadəsindən sonra dəridə hədəfəbənzər, qırmızı və ya mərkəzində suluqlar olan dairəvi ləkələr kimi həyat üçün təhlükəli olan dəri səpgiləri ( Stivens-Conson sindromu, toksik epidermal nekroliz ).
Qeyri-ciddi əlavə təsirlər:
-  Gözlərin ətrafında şişkinlik ( göz qapaqlarının şişkinliyi daxil olmaqla )

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması barədə məlumat yoxdur. Preparat səhvən daxilə qəbul edildikdə, həkimə və ya əczaçıya

müraciət etmək lazımdır.

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 3 mq ofloksasin vardır.

Köməkçi maddələr: natrium dihidrofosfat monohidrat, natrium hidrofosfat dodekahidrat, natrium xlorid,

benzalkonium xlorid, yaxşı təmizlənmiş su, xlorid turşusu və ya natrium hidroksid ( pH tənzimləyən ).