Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ASİKLOVİR

0.97 AZN
ASİKLOVİR
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Dərinin sadə herpesi, genital herpes ( birincili və residivləşmiş ) lokallaşmış kəmərləyici dəmrov ( köməkçi

müalicə ).


ƏKS GÖSTƏRİŞLƏR:

Asiklovirə və ya valasiklovirə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Xaricə.

Məlhəm gündə 5-6 dəfə bərabər intervallarla dərinin zədələnmiş sahələrinə yaxılır

( infeksiyanın başlanmasından sonra mümkün qədər tez ).

Residivləşmiş infeksiyanın müalicəsində prodromal fazada və ya dərhal infeksiyanın meydana çıxması zamanı

başlamaq vacibdir. Müalicə müddəti ən azı 5, ən çoxu 10 gün.


ƏLAVƏ TƏSİRLƏRİ:

Ağrı və allergik reaksiyalar, yaxıldığı yerdə yanma hissi, qaşınma, dəri səpgiləri, vulvit, yaxıldığı yerdə ödem.

Nadir hallarda övrə, angiödem.


DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları ( təsadüfən udulma zamanı ): başağrısı, nevroloji pozğunluqlar, təngənəfəslik, ürəkbulanma,

qusma, diareya, böyrək funksiyalarının pozulması, letargiya, qıcolmalar, koma. Müalicəsi: həyati vacib

funskiyaların dəstəklənməsi, hemodializ.
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,05 q asiklovir vardır.

Köməkçi maddələr: makroqol 400, maroqol 1500, emulsion mum.