Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

OFLOKSASİN 400 MG

2.64 AZN
OFLOKSASİN 400 MG
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Ofloksasisnə həssas olan mikroorqanizmlər tərəfindən törədilən infeksion-iltihabi xəstəliklər: tənəffüs yollarının

infeksiyaları ( bronxit, pnevmoniya ); LOR orqanların infeksiyaları ( sinusit, faringit, otit, laringit, traxeit );

dərinin və yumşaq toxumaların infeksiyaları; sümüklərin, oynaqların infeksiyalar.

ƏKS GÖSTƏRİŞLƏR:

Hiperhəssaslıq, qlükoza-6-fosfatdehidrogeneza çatışmazlığı, epilepsiya ( o cüm., anemnezdə ), qıcıq qapısının

azalması ( o cüş., kəllə-beyin travmasında, insult və mərkəzi sinir sistemində iltihibai proseslərdən sonra ).

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Pnevmokokklar tərəfindən törədilmiş pnevmoniya zamanı seçim preparatı sayılmır. Kəskin tonzillitin

müalicəsində göstəriş deyil. 2 aydan çox qəbul etmək, günəş şualarına, UB şüalar ilə şualanmaya

( civə-kvars lampaları, solariy ) məruz qalmaq olmaz.

Müalicə zamanı etanol istifadə etmək olmaz.

İSTİFADƏ QAYDASI:

Daxilə qəbul edilir. Doza fərdi olaraq infeksiyanın lokalizasiyasından və ağırlığından, həmçinin

mikroorqanizmlərin həssaslığından, xəstənin ümumi vəziyyətindən və qaraciyər və böyrəklərin funskiyasından

asılı olaraq seçilir.

Böyüklərə 200-600 mq/gün müalicə kursu 7-10 gün, istifadə tezliyi gündə 2 dəfə. Gündə 400 mq-a qədər

dozanı 1 qəbula təyin etmək olar.

Böyrək çatışmazlığı zamanı maksimal doza – 400 mq/gün.

ƏLAVƏ TƏSİRLƏRİ:

Hiss orqanlarına: işıqqəbulunun pozulması, diplopiya, dadbilmə, iybilmə, eşitmə və tarazlığın pozulması.

Ürək-damar sisteminə: taxikardiya, arterial təzyiqin enməsi.

Digər: bağırsaq, disbakteriozu, superinfeskiya, fotosensibilizasiya, hipoqlikemiya

( şəkərli diabeti olan xəstələrdə ) vaginit.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: başgicəllənmə, huşun qarışması, tormozlanma, dezorientasiya, yuxululuq, qusma.

Müalicəsi: mədənin yuyulması, simptomatik müalicə.

Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq və ya 400 mq ofloksasin vardır.

Köməkçi maddələr: qarğıdalı nişastası, mikrokristallik sellüloza, talk, povidon ( kiçikmolekullu polivinilpirrolidon ),

kalium stearat, kolloidal silisium dioksid ( aerosil ).