Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

OFTACORTAL OFTAKORTAL

29.34 AZN
OFTACORTAL OFTAKORTAL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Mövsümi və allergik konyunktivitlər , blefarit və blefarokonyunktivit.

Allergik keratokonyuntivit , sklerit , episklerit , uveit.

ƏKS GÖSTƏRİŞLƏRİ :

·  Dərman vasitəsinin təsiredici maddəsinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

·  Gözdaxili hipertenziya.

·  Herpes simpleks.

·  İtdirsəyi.

·  3 yaşa qədər uşaqlar.

·  İrinli konyunktivit.

·  İrinli və herpektiv blefarit.

·  Kəskin , irinli oftalmiya.

·  Vərəm və gözün göbələk infeksiyaları.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik dövründə yalnız mütləq zərurət olduqda və həkim nəzarəti altında tətbiq edilə bilər.

Laktasiya  dövründə əks göstərişdir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Konyunktiva boşluğuna gündə 3 – 4 dəfə 1 damcı damızdırılır və ya həkim nəzarəti altında tətbiq edilir.

1) Birdəfəlik  dozalı flakonun zədələnməmiş oldiğundan əmin olun.

2) Birdəfəlik dozalı flakonun birini ayırın.

3) Qapağı dartmadan buraraq açın.

ƏLAVƏ TƏSİRLƏRİ :

Kortikosteroidlərin əlavə təsirləri :

·  Yerli tətbiqindən 15 – 20 gün sonra gözdaxili təzyiq buna meylli olanlarda və ya qlaukomalı xəstələrdə arta bilər.

·  Uzunmüddətli müalicədən sonra arxa subkapsulyar katarakta yarana bilər.

·  Herpes simpleksin və ya göbələk infeksiyalarının inkişafı və ya ağırlaşması qeyd edilə bilər.

·  Sağalma ləngiyə bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması halları qeyd edilməyib.Lakin təsadüfən daxilə qəbul edildikdə və ya uzun müddət isifadə olunduqda

toksik təsir göstərə bilər.

 

TƏRKİBİ :

Təsiredici maddə : 1 flakonda 0,45 mq deksametazon  natrium fosfat vardır.

Köməkçi maddələr : natrium sitrat dihidrat , natrium dihidrogen fosfat monohidrat , dinatrium hidrogen fosfat dodekahidrat ,

inyeksiya üçün su.