Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

VALSAKOR

9.73 AZN
VALSAKOR
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Arterial hipertenziyanın müalicəsi.

Valsakor arterial təzyiqə tək valsartanın və ya tək hidroxlorotiazidin qəbulu ilə optimal nəzarəti  təmin etməyin mümkün

olmadığı xəstələrə göstərişdir.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Zərdabın elektrolitlərinin dəyişilməsi:Eyni vaxtda kalium əlavələri,kaliumqoruyucu diuretiklər,kaliumtərkibli duzlar və ya qanda

kaliumun səviyyəsini artıra bilən digər preparatları ehtiyatla qəbul etmək lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Valsakorun tövsiyə olunan dozası gündə bir tablet təşkil edir.

Valsakor H 80 arterial təzyiqə valsartanla və ya hidroxlortiazidlə monoterapiya vasitəsilə optimal nəzarət etmək mümkün

olmayan xəstələrdə istifadə edilə bilər.

Valsakor H 160 arterial təzyiqi 160mq valsartanla monoyerapiya vasitəsilə optimal nəzarət etmək mümkün olmayan xəstələrdə

istifadə edilə bilər.

Klinik ehtiyac olduqda monoterapiyadan fiksə olunmuş dozaların kombinasiyasına birbaşa keçmək olar.

Valsakor H 80 və Valsakor H 160 mq preparatlarının maksimal antihipertenziv effekti 2-4 həftə ərzində inkişaf edir.

ƏLAVƏ TƏSİRLƏR:

Kliniki sınaqlar zamanı qeydə alınmış və bəzi məlumatlar zamanı xəbər verilmiş Valsartan və hidroxlorotiazid kombinasiyasını

qəbul etdikdə plasebo qəbulu zamanı olduğundan daha tez-tez inkişaf edən arzuolunmaz effektlər aşağıda sadalanır və orqan

və sistemlər üzrə paylanmışdır.Tərkibi komponentlərindən hər birini ayrılıqda qəbul edən zaman əmələ gələn,lakin kliniki

sınaqlar zamanı qeydə alınmayan arzuolunmaz effektlər Valsakorla terapiya zamanı inkişaf edə bilər.

DOZA HƏDDİNİN AŞILMASI:

Valsakorla doza həddinin aşılması təcrübəsi yoxdur.

Valsartanın doza həddinin aşılması ən tez-tez rast gəlinən simptomu güclü hipotenziya və başgicəllənmədir.Hidroxlorotiazidin

doza həddinin aşılmasının əlamət və simptomları ürəkbulanma,yuxululuq,hipovolemiya və ürək aritmiyaları və əzələlərin

spazmı ilə müşayiət olunan elektrolit pozğunluqlarıdır.

Əks göstərişlər :


Valsartan-a və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
Təsiredici maddə:Hər bir örtüklü Valsakor H 80 mq valsartan və 12,5mq hidroxlorotiazid;Valsakor H 160 tabletinin tərkibində

160mq valsartan və 12,5mq hidroxlorotiazid:Valsakor HD 160 tabletinin tərkibində 160mq valsartan və 25mq hidroxlorotiazid

vardır.

Köməkçı maddələr:Laktoza monohidrat,mikrokristallik sellüloza,natrium kroskarmelloza,povidon,maqnezium stearat,kolloidal

silisium 4-oksid.

Örtük:hipromelloza,titan dioksid(E171),makroqol 4000,dəmir oksid boyaq maddəsi(E172).