Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

POLLEZİN

12.90 AZN
POLLEZİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Pollezin allergik reaksiyaların müalicəsində istifadə olunur. Təsiredici maddəsi H1-histamin reseptorların

blakatoru olub, antihistamin preparatları qrupuna aiddir.

Böyüklərdə və 6 yaşdan yuxarı uşaqlarda allergik vəziyyətlərin, məs., ot qızdırması, daimi allergik rinit, övrənin

simptom və əlamətlərinin ( asqırma, burun axması, zökəm, göz və dəri əlamətləri ) müalicəsi üçün istifadə

olunur.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatın komponentlərindən hər hansı birinə ( “piperazin törəmələrinə” ) qarşı yüksək həssaslıq. Böyrəklərin

ağır funksional pozğunluğu.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Preparatı həmişə həkim təyinatı ilə qəbul edin.

12 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 1 dəfə 1ml  
6-12 yaş arası uşaqlara: gündə 1 dəfə 1 ml

2-6 yaş arası uşaqlara təhlükəsiz müalicə üçün Pollezinin damcı formada qəbulu tövsiyə olunur.

DOZA HƏDDİNİN AŞILMASI:

Böyüklərdə doza həddinin aşılması yuxuyameyillik törədə bilər. Uşaqlarda əvvəl oyanıqlıq və narahatlıq, sonra

yuxululuq törədə bilər.

Əgər siz həddən artıq Pollezin preparatı qəbul etməyinizdən şübhələnirsizsə, lütfən, həkimə müraciət edin, o

lazım olan tədbirləri görəcəkdir.

Təsiredici maddə: 1 məhlulun tərkibində 5 mq levosetirizin-dihidroxlorid ( 4,21 mq levosetirizinə

ekvivalentdi ) vardır.

Köməkçi maddələr: qliserin 85 % , propilenqlikol , saxarinin natrium duzu , natrium - asetat trihidrat