Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LORADİN

5.87 AZN
LORADİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Loradin mövsümi allergik rinitin və ilboyu allergik rinitin , xroniki övrənin və digər allergik dəri xəstələrinin allergik simptomlarının

müalicəsi üçün təyin edilir.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik kateqoriyası B.

Eksperimental tədqiqatlarda loratadinin teratogen potensialı aşkar edilməmişdir.İnsanlar üzərində adekvat və yaxşı nəzarət

olunan tədqiqat aparılmamışdır.Loradın hamiləlik dövründə yalnız zəruri hallarda istifadə oluna bilər.

Loratadin ana südünə asanlıqla keçir və təqribən ananın qanında olan konsentrasiyaya çatır.Südəmər uşağı olan analar ya

uşaqlarını əmizdirməyi , ya da Loradin ilə müalicəni dayandırmalıdırlar.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Loradin acqarına daxilə qəbul edilməlidir.

2 yaşdan 6 yaşa qədər uşaqlar : gündə 1 dəfə 5 mq

Böyüklər və 6 yaşdan böyük uşaqlar : gündə 1 dəfə 10 mq

ƏLAVƏ TƏSİRLƏRİ :

12 yaşa qədər uşaqlar : əsəbilik , çətin nəfəsalma , yorğunluq , hiperkinez , abdominal ağrı , konyunktivit , disfoniya , nasazlıq

və yuxarı tənəffüs yollarının infeksiyası uşaqlarda 2 % tezliklə barəsində məlumat verilən əlavə təsirlərdir.

12 yaşdan yuxarı uşaqlar : başağrısı , yuxuyameyillilik , yorğunluq , ağızda quruluq barədə 2 % - dən çox tezliklə məlumat

verilmişdir.

DOZA HƏDDİNİN AŞILMASI :

Adi doza həddi ( 10  mq ) aşıldıqda yuxuyameyillilik ,taxikardiya və başağrısı baş verə bilər.Doza həddinin aşılması zamanı

qusma törətməklə və ya yuyulmaqla mədə boşaldılmalı , sonra isə aktivləşdirilmiş kömür istifadə edilməlidir.

Təsiredici maddə : 5 ml şərbətin tərkibində 5 mq loratadin vardır.

Köməkçi maddələr : natrium benzoat , saxarin natrium , gilənar dadvericisi.