Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

KASAFİX NORMON

6.95 AZN
KASAFİX NORMON
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- əməliyyatdan sonra orta dərəcəli və yaxud kəskin ağrıların qısamüddətli müalicəsi

- böyrək sancısına görə yaranan ağrının müalicəsi

ƏKS GÖSTƏRİŞLƏR :

- əgər sizdə aktiv peptik xora varsa

- əgər sizin anamnezinizdə xora , qanaxma , yaxud qastrointestinal perforasiya varsa

- əgər sizdə ketorolak trometamol preparatına , yaxud bu preparatın hər hansı digər komponentinə qarşı , eləcə də digər

QSİƏP – lərə qarşı allergiya varsa

- əgər siz astmadan əziyyət çəkirsinizsə

- əgər siz ağır ürək xəstəliyindən əziyyət çəkirsinizsə

- əgər siz orta dərəcəli və ya ağır dərəcəli böyrək xəstəliyindən əziyyət çəkirsinizsə

- yaşınız 16 - dan azdırsa

- əgər siz hamiləsinizsə , yaxud körpənizi əmizdirirsinizsə

İSİFADƏ QAYDASI VƏ DOZASI :

Əgər həkiminiz başqa cür təyin etməyibsə , təlimatda yazılanlara əməl edin.

Kasafiks normon preparatı ilə müalicəyə xəstəxanada başlamaq lazımdır.Müalicənin maksimum müddəti 2 gündən çox

olmamalıdır.Sonralar oral müalicəyə keçilən halda Kasafiks Normon preparat ilə müalicənin ümumi müddəti 7 gündən çox

olmamalıdır.

Böyrək sancısının törətdiyi ağrının müalicəsi üçün əzələdaxili , yaxud venadaxili 30 mq birdəfəlik dozanın yeridilməsi məsləhət

görülür.

DOZA HƏDDİNİN AŞILMASI :

İstifadəsinə xəstəxanada başlandığından , sizə kasafiks normon preparatının həddindən çox təyin edilməsi ehtimalı

yoxdur.Amma , əgər bu baş verərsə , tez bir zamanda həkiminizlə , yaxud əczaçı ilə əlaqə saxlayın.Doza həddinin aşılması ,

yaxud təsadüfən udulması halında toksikoloji məlumat xidməti ilə əlaqə saxlayın.

Doza həddinin aşılması , yaxud təsadüfən udulması qarın ağrısına , ürəkbulanmaya , qusmaya , hiperventelasiyaya ,

qastroduodenal xora , eroziv qastrit və renal disfunksiyaya səbəb ola bilər ki , belə halda dərman preparatının qəbulu

dayandırılmalıdır.

Təsiredici maddə : bir ml məhlulun tərkibində 30 mq ketorolaq trometamol vardır.

Köməkçi maddələr : natrium – xlorid , etanol , natrium – hidroksid və inyeksiya üçün su.