Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

EMOKSİBEL

8.69 AZN
EMOKSİBEL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Kombinəolunmuş müalicə qismində

Nevrologiya və neyrocərrahiyyədə : bərpa dövründə hemorragik insult , daxili yuxu arteriyasında və vertebrobazilyar sistemdə

işemik insult , beyin qan dövranının keçici pozulmaları , xroniki beyin qan dövranı çatışmazlığı , baş beyin zədələnmələri ilə

müşayiət olunan kəllə - beyin travmaları : baş beyin zədələnmələrinə müvafiq olaraq epidural , subdural və beyindaxili

hematomlara görə əməliyyat keçirmiş kəllə - beyin travmalı xəstələrdə postoperasyon dövr , serebral damarların anevrizmi və

arteriovenoz malformasiyaları olan xəstələrdə əməliyyatdan qabaq və sonrakı dövr.

ƏKS GÖSTƏRİŞLƏR :

Emoksipinə qarşı fərdi yüksək həssaslıq reaksiyaları , hamiləlik , laktasiya dövrü , 18 yaşa qədər uşaqlar :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA :

Doza və müalicənin davametmə müddəti fərdi olaraq təyin edilir.

Nevrologiya və neyrocərrahiyyədə emoksipin gündəlik doza 5 – 10 mq/mk olmaqla 10 – 12 gün müddətində vena daxilinə

damcı üsulu ilə yeridilir.Yeridilmədən öncə emoksipin 200 ml izotonik natrium xlorid məhlulunda həll edilir.Preparat dəqiqədə 20

– 30 damcı sürətilə yeridilir.Daha sonra 10 – 30 gün müddətində gündə 2 – 3 dəfə 2 – 10 ml 30 mq/ml emoksipin məhlulu 200

ml 0.9 % - li natrium xlorid izotonik məhlulunda həll edilərək venadaxili damcı üsulu ilə yeridilirşDaha sonra 10 – 30 gün

müddətində gündə 2 – 3 dəfə 2 – 10 ml 30 mq/ml emoksipin məhlulu əzələdaxili yeridilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Venadaxili yeridilmə zamanı damarboyunca yanma hissi yaraa bilər : arterial təzyiqin yüksəlməsi, oyanıqlıq və yuxululuq ,

qanın laktalanmasının pozulması müşahidə edilə bilər.Nadir hallarda başağrısı , ürək nahiyəsində ağrı , ürəkbulanma ,

epiqastral nahiyədə diskomfort hissi , qaşınma və dərinin qızarması.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması əlavə təsirlərin güclənməsinə səbəb ola bilər.

Simptomlar : arterial təzyiqin yüksəlməsi , oyanıqlıq və ya yuxusuzluq , başağrısı , ürək nahiyəsində ağrı , ürəkbulanma ,

epiqastral nahiyədə diskomfort hissi.Qanın laxtalanmasında pozuntular ola bilər.

Müalicə : simptomatik müalicə aparılır , xüsusi antidotu yoxdur.
Təsiredici maddə : 1 ml məhlulun tərkibində 30 mq emoksipin vardır.

Köməkçi maddələr : susuz natrium sulfit , dinatrium fosfat dihidrat , inyeksiya üçün su.