DUVALEX 5MG/160MG

DUVALEX 5MG/160MG

21.38 AZN
Sarımtıl rəngli örtüklü tabletlərdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Böyüklərdə qan damarlarının zədələnməsi nəticəsində iflic, ürək və böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola biləcək

davamlı yüksək qan təzyiqi.

ƏKS GÖSTƏRİŞLƏR :

·  Dihidropiridinlərə və preparatın tərkibinə daxil olan təsiredici və ya köməkçi maddələrdən istənilən birinə qarşı hiperhəssaslıq

·  Kəskin qaraciyər çatışmazlığı

·  Kəskin böyrək çatışmazlığı, dializ

·  ıı tip şəkərli diabeti olan pasiyentlərdə angiotenzin reseptorlarının antaqonistlərinin, o cümlədən valsartanın və ya

angiotenzinçevirici fermentin inhibitorlarının aliskirenlə eyni zamanda istifadəsi

·  hamiləlik və ya hamiləlik planlaşdırılması

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSİFADƏSİ :

Dölün sağlamlığı və həyatı üçün ciddi təhlükənin mövcudluğu səbəbilə amlodipin və valsartan hamiləliyi olan və ya

planlaşdıran qadınlarda qəbul edilməməlidir.

Əmizdirən analarda amlodipinin və valsartanın təhlükəsizliyi haqda kifayət qədər klinik təcrübənin olmaması səbəbilə bu

dövrdə Duvaleks – in qəbul edilməsi tövsiyə olunmur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Duvaleks gündə 1 dəfə təyin edilir.Hər gün eyni vaxtda və səhər qəbul edilməsi tövsiyə olunur.

Həkimin qərarına uyğun olaraq yüksək və ya kiçik doza təyin oluna bilər.

Təyin edilmiş dozadan artıq doza qəbul etməyin.

Qida qəbulundan asılı olmayaraq gündə 1 dəfə az miqdarda su ilə içilərək daxilə qəbul edilir.

Uşaqlar və yeniyetmələrdə Duvaleks – in istifadəsi tövsiyə olunmur.

Yaşlılar :

65 yaş və yuxarı insanlarda xüsusi doza tənzimlənməsinə ehtiyac yaranmır.

Böyrək çatışmazlığı :

Böyrək funksiyası zəifləmiş xəstələrə ehtiyyatla təyin edilməlidir.

Kəskin böyrək çatışmazlığı zamanı preparat təyin edilməməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Tez – tez

·  başgicəllənmə, postural başgicəllənmə, ürəkbulanma, süstlük, bayılmalar

   baş ağrısı, sifət və boyun nahiyəsinin qızarması və istibasması

·  qrip və ya soyuqdəymə, zökəm, boğaz ağrısı, udqunmada narahatlıq hissi

·  əllərin və ayaqların şişkinliyi

·  qusma, zəiflik və yorğunluq hissi

DOZA HƏDDİNİN AŞILMASI :

Duvaleks – i təyin edilmiş dozadan yüksək dozada istifadə etsəniz, dərhal həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın.

Təsir edici maddəllər : 1tabletin tərkibində 6.94 mq amlodipin bezilata ekvivalent olan 5 mq amlodipin və 160 mq valsartan vardır.

Köməkçi maddələr : mikrokristallik selüloza, krospovidon, susuz kolloidal silisium 4 – oksid, maqnezium – stearat, polivinil spirti.

Makroqol 4000, talk, titan 4 – oksid, sarı dəmir oksidi.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.