Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PREDUKTAL OD

17.99 AZN
PREDUKTAL OD
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Bu preparat yetkinlik yaşına çatmış pasientlərdə sinə stenokardiyasına ( ürəyin işemik xəstəliyi nəticəsində  yaranan sinə

ağrıları) müalicəsi üçün digər dərman preparatları ilə kombinə olunmuş şəkildə qəbul üçün nəzərdə tutlmuşdur.

ƏKS GÖSTƏRİŞLƏR :

·  Trimetazidin və ya preparatın tərkibində olan hər hansı digər inqredientinə qarşı allergiyanız varsa

·  Parkinson xəstəliyiniz varsa : bu xəstəlik hərəkətlərə təsir edən beyin xəstəliyidir

·  Əgər ciddi böyrək çatışmazlığınız varsa

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Bu preparatın hamiləlik zamanı qəbul edilməsi tövsiyə olunmur.Əgər preparatı qəbul edən zaman hamilə olduğunuzu aşkar

etsəniz, dərhal həkiminizə müraciət edin.Belə hallarda müalicənin davam edib – etməyəcəyi barədə qərarı yalnış həkiminiz

verə bilər.

Preparatın ana südü ilə ötürülməsi barədə məlumat olmadığı üçün Preduktal Od 80 mq qəbul etməyin.

Əgər hamiləsinizsə və ya südəmər uşağınız varsa, yaxud hamilə ola biləcəyiniz ehtimal olunursa və ya hamiləlik

planlaşdırılırsa, preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Dərman preparatını həmişə həkiminizin təyinatına uyğun şəkildə qəbul edin.Əgər qəbul qaydasını düzgün bildiyinizə əmin

deyilsinizsə, müalicə həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Preduktal Od 80 mq preparatının tövsiyə edilən dozası gündə bir dəfə səhər yeməyi zamanı bir kapsuldur.

Əgər böyrək pozğunluqlarınız varsa və ya yaşınız 75 – dən artıqdırsa, həkiminiz tövsiyə edilən dozaya dəyişiklik edə bilər.

Preduktal Od 80 mq peroral qəbul üçündür.Tabletlər yemək zamanı bir stəkan su ilə içilməlidir.

Təsiredici maddə : bir kapsulda 80 mq trimetadizin dihidroxlorid vardır.

Köməkçi maddələr : şəkər mikroqranulalar, hipromelloza, etilsellüloza, tributil asetilsitrat, talk, maqnezium stearat.