OTRIVIN
İstifadəsinə göstərişlər:
- rinit əlamətləri ilə müşayiət olunan kəskin respirator xəstəliklər;
- kəskin allergik rinitlər;
- pollinoz;
- sinusit;
- yevstaxit;
- ortaotit;
- burun keçəcəklərində diaqnostik əməliyyatlardan əvvəl.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, arterial hipertenziya, taxikardiya, atero-skleroz, qlaukoma, atrofik rinit, hipertrioz, beyin qişalarında aparılan cərrahi əməliyyatlar (anamnezdə). Şəkərli diabetdə ehtiyatla istifadə edilməlidir.
İstifadə qaydası və dozası:
0.05% uşaqlar üçün burun damcısı:
körpə və 6 yaşa qədər uşaqlara: Hər burun keçəcəyinə 1-2 damcı, gündə 1-2 dəfə damızdırılır. Gündə 3 dəfədən artıq istifadə etmək olmaz.
6 yaşdan böyük uşaqlar: Hər burun keçəcəyinə gündə 3-4 dəfə 2-3 damcı.
0.1%-li damcı:
6 yaşdan böyük uşaqlar və böyüklər üçün: Hər burun keçəcəyinə gündə 3-4 dəfə 2-3 damcı damızdırılır.
Doza həddinin aşılması:
Simptomları: əlavə təsirlərin güclənməsi. Müalicəsi simptomatikdir.
Saxlanma şəraiti:
30 °C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq və ya 1 mq Ksilometazolin-hidroxlorid vardır.
Köməkçi maddələr: natrium-hidrofosfat, natrium-dihidrofosfat, natrium-xlorid, natrium EDTA, benzalkonium-xlorid, metilhidroksipropilsellüloza 4000 mPaS, 70%-li sorbitol, təmizlənmiş su.