Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ANAFERON (Анаферон )

8.06 AZN
ANAFERON (Анаферон )
İstifadəsinə göstərişlər:

Kəskin respirator virus infeksiyalarının (həmçinin qripin) profilaktika və müalicəsi; herpes-virusların səbəb olduğu infeksiyaların (infeksion mononukleoz, suçiçəyi, labial herpes), digər kəskin və xroniki virus infeksiyalarının müalicəsi. Müxtəlif etiologiyalı ikincili immun çatışmazlığının müalicəsi. Bakterial infeksiyaların kompleks müalicəsinin tərkibində istifadə edilir.Virus infeksiyaları ağırlaşmalarının profilaktika və müalicəsi. Erkən yaşda (1 aylıqdan) uşaqlara tətbiq oluna bilər.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq

İstifadə qaydası və dozası:

Preparatı qida qəbulundan 30 dəqiqə əvvəl və ya 30 dəqiqə sonra birdəfəyə1 tablet qəbul edirlər. Tableti ağızda tam əriyənədək saxlamaq lazımdır (mümkün olduqca, udmaq və çeynəmək məsləhət görülmür). Preparatın azyaşlı körpələrə (1 aylıqdan 3 yaşadək) təyin edilməsi zamanı tableti otaq tempereturuna malik az miqdarda (1 xörək qaşığı) qaynanmış suda həll etmək tövsiyə olunur.Kəskin virus infeksiyasının ilkin əlamətləri ortaya çıxdıqda, müalicəni aşağıdakı sxem üzrə mümükün qədər erkən başlamaq lazımdır: ilk 2 saat ərzində yemək qəbulundan asılı olmayaraq, hər 30 dəqiqədən bir; sonra bərabər zaman fasiləsi ilə birinci gün preparatı daha 3 dəfə qəbul edirlər. İkinci gündən sonra tam sağalanadək gündə 3 dəfə 1 tablet qəbul edilir.Profilaktika məqsədilə preparat 3 ay ərzində, gündə 1 dəfə 1 tablet  (epidemik mövsüm ərzində) gündəlik qəbul edilir.

Doza həddinin aşılması:

Doza həddinin aşılması halları qeydə alınmamışdır.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
 

Təsiredici maddə: affin təmizlənmiş insan qamma-interferonuna qarşı anticisimlər – C12, C30 vəC 50  homeopatik durulaşdırılmaların qarışığı 0.003q

Köməkçi maddələr: laktoza, mikrokristallik sellülöza, maqnezium- stearat