Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

TALLİTON 12,5 mq

5.92 AZN
TALLİTON 12,5 mq
İstifadəsinə göstərişlər:
Talliton® tabletlərindən arterial təzyiqin yüksəlməsi, xroniki stabil stenokardiya (döş qəfəsində gərginlik zamanı əmələ gələn və yüngülləşən ağrılar) və xroniki ürək çatışmazlığı zamanı istifadə olunur.

Əks göstərişlər:
• Talliton® preparatının təsiredici maddəsinə və ya istənilən digər tərkib komponentinə qarşı allergiya (həssaslığın artması);

-ağciyər mənşəli xroniki ürək xəstəliyi və ya ağciyər arteriyalarında təzyiqin artması;

-əvvəllər astma (dövrü olaraq boğulma tutmaları) və ya digər ağciyər xəstəliyi səbəbindən nəfəsalmanın çətinləşməsi;

-qaraciyər funksiyalarının ağır dərəcəli zədələnməsi;

-ürəkdə oyanmanın əmələ gəlməsinin və ya ötürülməsinin pozulması (ürək blokadası), ritminin elektrokardiostimulyator vasitəsilə etibarlı şəkildə idarə olunduğu hallar istisna olmaqla;

-bradikardiya (ürək yığılmalarının tezliyinin dəqiqədə 50 dəfədən az vurması) və ya hipotenziyanın (arterial təzyiqin aşağı olması- birinci rəqəm 85 mm c.süt-dan aşağı) olması;

-feoxromositoma (böyrəküstü vəzinin arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan xüsusi şişləri);
-depressiyaya qarşı bir neçə tip preparatların (MAO inhibitorları) eyni zamanda qəbul edilməsi;

-maddələr mübadiləsinin digər xəstəliklər (məsələn, diabet) səbəbindən ağır pozğunluqları (metabolik asidoz- orqanizmin maye və toxumalarında turşuluğun patoloji olaraq artması);

-yaxın zamanlarda xroniki ürək çatışmazlığı simptomlarının pisləşməsi və ya dərman maddələrinin vena daxilinə yeridilməsi tələb olunan həddə qədər simptomların ağır olması;

-verapamil və ya diltiazem tipli kalsium kanalları blokatorlarının vena daxilinə yeridilməsi;

-18 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası:
Talliton" preparatını qida qəbulundan asılı olmayaraq çoxlu miqdarda su ilə və çeynəmədən qəbul etmək lazımdır.

Xroniki ürək çatışmazlığı olan xəstələrə arterial təzyiqin sürətlə aşağı düşməsi riskini azaltmaq üçün Talliton® preparatını qida ilə birlikdə qəbul etmək tövsiyə edilir. Talliton® preparatını həmişə həkim təyinatına ciddi şəkildə əməl etməklə qəbul edin. Hər hansı şübhə olduqda mütləq həkimlə və ya əczaçı ilə məsləhətləşin.

Yüksək arterial təzyiq.

Yüksək arterial təzyiq zamanı adi doza ilk iki gün ərzində gündə 12,5 mq təşkil edir. Adi dəstəkləyici doza: gündə bir dəfə 25 mq-dır. Həkim lazım gələrsə, preparatın qəbulundan 2 həftədən tez olmayaraq bu dozanı artıra bilər. Maksimal gündəlik doza 50 mq təşkil edir. Bu dozanı gündə 1 dəfəyə qəbul etmək və ya səhər və axşamlar bərabər dozalarda iki qəbula bölməklə qəbul etmək olar.

Stenokardiya (döş qəfəsində ağrılar)

Stenokardiya zamanı adi başlanğıc doza: ilk iki həftə ərzində gündə iki dəfə olmaqla hər dəfə 12,5 mq-dır. Adi dəstəkləyici doza: gündə 2 dəfə və hər dəfə 25 mq-dır. Həkim lazım gələrsə preparatın qəbulundan 2 həftədən tez olmayaraq bu dozanı artıra bilər. Maksimal gündəlik doza gündə 2 dəfə olmaqla hər dəfə 50 mq təşkil edir.

Xroniki ürək çatışmazlığı

Xroniki ürək çatışmazlığının müalicəsi zamanı Talliton® preparatının qəbulunu stasionar şəraitdə və hərtərəfli həkim nəzarəti altında başlamaq tövsiyə edilir.

Xroniki ürək çatışmazlığı zamam adi başlanğıc doza: həftə ərzində gündə iki dəfə olmaqla (səhər və axşam) hər dəfə 3,125 mq təşkil edir. Əgər həkim dozanı artırmağı lazım bilərsə, onu 2-həftəlik fasilə ilə gündə 2 dəfə və hər dəfə 6,25 mq-a qədər, sonra isə gündə iki dəfə hər dəfə 12,5 mq və gündə iki dəfə və hər dəfə 25 mq-a qədər artırmaq olar. Bədən kütləsi 85 kq-dan aşağı olduqda və ağır xroniki ürək çatışmazlığı zamanı, dozadan asılı olmayaraq maksimal gündəlik doza gündə 2 dəfə və hər dəfə 25 mq təşkil edir. Bədən kütləsi 85 kq-dan aşağı olan yüngül və ya orta ağırlıqlı xroniki ürək çatışmazlığı zamanı maksimal gündəlik doza gündə 2 dəfə və hər dəfə 50 mq təşkil edir.
Yaşlı xəstələr və xroniki ürək çatışmazlığından və ya böyrək funksiyalarının pozulmasından əziyyət çəkən xəstələr böyüklər üçün adi dozaları qəbul edə bilərlər. Xroniki stabil stenokardiyalı (döş qəfəsində ağrılar) yaşlı xəstələr üçün maksimal gündəlik doza gündə 2 dəfə olmaqla hər dəfə 25 mq təşkil edir.

Talliton® preparatının qəbulunu dayandırdıqda.

Talliton® preparatı uzunmüddətli istifadə üçün nəzərdə tutulmuşdur. Preparatın qəbulunu müəyyən olunan müddətə qədər dayandırmayın, çünki bu, xəstəliyin residiv verməsinə səbəb ola bilər. Talliton® preparatının qəbulunun birdən dayandırılması, xüsusilə də ürəyin koronar arteriyalarının zədələnməsi zamam döş qəfəsində ağrılar və arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilər. Buna görə də preparatın qəbulunu tədricən, həkimin təyinatına müvafıq olaraq dayandırmaq lazımdır.

Talliton® preparatı klonidin tərkibli preparatlarla birlikdə qəbul edildikdə onların heç birinin qəbulunu həkim məsləhəti olmadan dayandırmayın, çünki bu, arterial təzyiqin həddən artıq yüksəlməsinə səbəb ola bilər. Bu preparatların qəbulunu yalnız həkim təyinatı ilə və onun təlimatlarına ciddi şəkildə əməl etməklə dayandırmaq lazımdır.


Təsiredici maddə: 1 tabletin tərkibində 12,5 mq  karvedilol vardır.

Köməkçi maddələr: maqnezium -stearat, povidon, susuz kolloidal silisium 4-oksid,
saxaroza, krospovidon, laktoza. Yuxarıda sadalanan komponentlərdən başqa,
xinolin ariavit, Talliton® 12,5 mq preparatınm tərkibində isə C.İ. 15985 sarı sanset ariavit olur.