Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

TOTEMA

13.20 AZN
TOTEMA
İstifadəsinə göstəriş: Dəmir defisitli anemiya,risk qrupu olan şəxslərdə dəmir defisitinin profilaktikasi(hamilələr,yeniyetmələr,uşaqlar, reprodiktiv dövrdə olan qadınlar,yaşlılar), qida vasitəsilə orqanizmin dəmirlə təmin olunmasının  mümkün olmadıgı hallarda.
Əks göstərişlər: dəmir defisiti ilə əlaqəli olmayan anemiyalarda, dəmirlə həddən artıq yüklənmə(hemoxpomatoz,hemosideroz),mədə və 12 barmaq bagırsağın xora xəstəliyinin kəskinləşməsi,qurğuşunla zəhərlənmə,preparatın  tərkibində hər hansı komponentə həssaslıq olarsa, 3 aydan kicik uşaqlar.
Əlavə təsirlər: Allergik reaksiya,diş emalının qaralması, nəcisin rənginin qaralması,ürəkbulanma,qusma,qarında ağrı,qəbizlik,ishal mümkündür.
Xüsusi göstərişlər:Çayın çoxlu qəbulu dəmirin sorulmasını ləngidə bilər.Diş emalının qaralması baş verməsin deyə  məhlul  ağızda çox saxlanmamalıdır. Səkərli diabetli şəxslər bilməlidir ki,10ml preparat 3 q saxaroza saxlayır.
Qəbul qaydası və dozalanma: Müalicə: Böyüklər gündə  100-200mq yəni 2-4 ampula    3 aydan böyük uşaqlar: Gündə 5-10mqkq  cəkiyə 2-4  dəfə qəbul.
Profilaktik məqsədlə: böyüklər: gün ərzində 100mq, hamilələr gün ərzində 1 ampula (son 2 trimestr ərzində və ya 4-cü aydan baslayaraq).Müalicə kursu dəmir ehtiyatiı bərpa olunanadək  aparılır.(3-6 ay)
Saxlanılma şəraiti: Original qutusunda 50 C - 250 c temperaturda, quru, günəş işığı dəyməyən şəraitdə saxlanılmalıdır. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
 

Tərkibi: 1 ampulda vardir: dəmir qlukonat 50mq, manqan qlukonat 1,33mq,mis qlukonat 0,70mq.