Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

MONTEL 5mq

10.00 AZN
MONTEL 5mq
İstifadəsinə göstərişlər
Montelukast natrium yüngül və orta ağır davamlı astması olan, inhalyasion kortikosteroidlərlə və ehtiyac olduqda istifadə edilən qısa-müddətli β-aqonistlərlə adekvat klinik cəhətdən nəzarət  oluna bilinməyən pasiyentlərdə istifadə oluna bilər.Montelukast natrium həmçinin, aşağı-dozalı inhalyasion kortikosteroidlərlə müalicə alan yüngül davamlı astması olan, anamnezində yaxın zamanlarda oral kortikosteroidlərlə aradan qaldırılan ağır astma tutması olmayan və inhalyasion kortikosteroidlərdən istifadə edə bilməyən pasiyentlərdə  əlavə müalicə kimi istifadə oluna bilər.

Montelukast natrium eyni zamanda əsasən fiziki yüklənmə nəticəsində yaranan bronxokonstriksiya komponentli astma tutmasının profilaktikası üçün istifadə oluna bilər.

Əks göstərişlər
Dərmanın təsiredici maddəsinə və ya tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası
5mq-lıq çeynənilən tablet:
6-14 yaşlı uşaqlar üçün doza: 5 mq-lıq 1 çeynənilən tablet gündə bir dəfə, axşam vaxtı qəbul olunmalıdır. Montelukast natrium qida qəbulundan 1 saat əvvəl  və ya 2 saat sonra qəbul olunmalıdır.  Bu yaş qrupunda dozaya düzəliş edilməməlidir.

4 mq-lıq çeynənilən tablet:
2-5 yaşılı uşaqlar üçün doza: 4 mq-lıq 1 çeynənilən tablet gündə bir dəfə, axşam vaxtı qəbul olunmalıdır. Montelukast natrium qida qəbulundan 1 saat əvvəl  və ya 2 saat sonra qəbul olunmalıdır. Bu yaş qrupunda dozaya düzəliş edilməməlidir. 2 yaşdan aşağı uşaqlarda montelukastın effektivliyi və təhlükəsizliyi öyrənilməmişdir.

Ümumi tövsiyələr:
Montelukast natriumun astma parametrlərinə müalicəvi təsiri bir gün ərzində baş verir. Həm astma əlamətləri nəzarət altında saxlandıqda, həm də astma əlamətlərinin pisləşdiyi zaman pasiyentlər dərman qəbulunu davam etdirməlidirlər. Böyrək çatışmazlığı və ya  yüngül-orta ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməməlidir.. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlər haqqında məlumat mövcud deyil. Dozalanma qaydaları həm qadın, həm də kişi pasiyentlər üçün eynidir.

Montelukast natrium yüngül davamlı astmanın  aşağı-dozalı inhalyasion kortikosteroidlərlə müalicəsinin alternativ müalicə seçimi  kimi:
Montelukastın orta-ağır davamlı astması olan pasiyentlərdə monoterapiya kimi istifadə olunması tövsiyə olunmur.

Montelukastın orta-ağır davamlı astması olan pasiyentlərdə  aşağı-dozalı inhalyasion kortikosteroidlərlə müalicəsinin alternativ müalicə seçimi  kimi  yalnız anamnezində yaxın zamanlarda oral kortikosteroidlərlə aradan qaldırılan ağır astma tutması olmayan  və  inhalyasion kortikosteroidlərdən istifadə edə bilməyən pasiyentlərdə  əlavə müalicə kimi istifadə oluna bilər.

Orta-ağır davamlı astma əlamətlərinin həftədə bir dəfədən çox, lakin gündə bir dəfədən az, gecə əlamətlərinin ayda iki dəfədən çox, lakin həftədə bir dəfədən az olması və epizodlararası normal ağciyər funksiyası  ilə səciyyələnir.

Əgər astmaya qənaətbəxş nəzarət əldə etmək mümkün olmursa (adətən bir ay müddətində qiymətləndirilir), pilləli müalicə prinsipinə əsaslanaraq əlavə və ya fərqli iltihab-əleyhinə müalicəni nəzərdən keçirmək lazımdır.

Pasiyentlər vaxtaşırı astmaya nəzarət olunub-olunmamasına görə qiymətləndirilməlidirlər.

Montelukast natriumun digər müalicə metodları ilə əlaqəsi

Montelukast natrium inhalyasion kortikosteroidlərə əlavə müalicə kimi istifadə olunduqda, o, inhalyasion kortikosteroidləri birdən birə əvəz etməməlidir.

10 mq-lıq örtüklü tabletlər 15 yaş və ondan yuxarı şəxslər üçün nəzərdə tutulmuşdur
5 mq-lıq çeynənilən tabletlər 6-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur
4 mq-lik çeynənilən tabletlər 2-5 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur

Doza həddinin aşılması 
Montelukastın doza həddinin aşılması zamanı müalicə haqqında xüsusi məlumat mövcud deyil. Xronik astma üzrə aparılan tədqiqatlarda 22 həftə ərzində 200 mq/gün və qısamüddətli tədqiqatlarda 1 həftə ərzində 900 mq/gün dozada montelukast natrium təyin olunmuş və bu zaman hər hansı bir klinik əhəmiyyətli əlavə təsir müşahidə olunmamışdır.
Post-marketinq təcrübələr və kliniki tədqiqatlarda 150 mq/gün doza ilə müalicə olunan uşaqlarda doza həddinin aşılması halları müşahidə olunmuşdur. Belə halların əksəriyyətində heç bir əlavə təsir qeyd olunmamışdır. Ən çox rast gələn əlavə təsir susuzluq, yuxululuq, midriaz, hiperkinez və mədə ağrısı olmuşdur.  Montelukastın bədəndən  peritoneal dializ və ya hemodializ vasitəsilə təmizlənməsi haqqında məlumat yoxdur.



Tərkibi
Təsiredici maddə: 1 çeynənən  tabletin tərkibində  4 mq və ya 5 mq montelukasta ekvivalent
miqdarda montelukast natrium vardır.
Köməkçi maddələr: qırmızı dəmir oksidi, aspartam,albalı aromatizatoru