Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

KENACEF 1 q

5.51 AZN
KENACEF 1q
İstifadəsinə göstərişlər:

-Sepsis
-Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları, pnevmoniya və ağciyər absesi
-Qarın boşluğu orqanlarının infeksiyaları, peritonit daxil olmaqla
-Sidik-cinsiyyət orqanlarının infeksiyaları, qonoreya daxil olmaqla
-Sümüklərin, oynaqların, dərinin və yumşaq toxumaların infeksiyası, osteomielit daxil olmaqla
-Bakterial endokardit
-Əməliyyatdan öncə və sonra profilaktik məqsədlə.

Əks göstərişlər:

Antibiotiklərə qarşı yüksək həssaslıq , yerli anestetiklərə qarşı allergik reaksiyalar, ürəyin blokadası.
Ehtiyat tədbirləri:
Penisillinə qarşı allergiyası olan xəstələrə ehtiyatla təyin edilməlidir. KENACEFdan  istifadə edər-kən
psevdomembranoz kolitin yaranması müşahidə oluna bilər. Buna görə də diareyalı xəstələrdə KENACEF
ehtiyatla istifadə olunmalıdır. Əgər kolit təzəcə başlayıbsa preparatdan istifadəni dayandırmaq  kifayətdir.
Kolitin ağır formalarında isə vankomisindən istifadə etmək lazımdır.
Qaraciyər və böyrək çatışmazlığı zamanı KENACEFun gündəlik dozası 2 q-ı keçməməlidir. Mutagen təsiri yoxdur.

 
İstifadə qaydası və dozası:

Böyüklər: əzələdaxili inyeksiya üçün birdəfəlik doza - 0,5 q. Gündəlik dozası -  1-2 q. Maksimal
gündəlik doza -  4 q-ı keçməməlidir.Sağlam insanlarla müqayisədə, yaşlı və qaraciyər-böyrək çatışmazlığı olan xəstələrdə Seftriaksonun maksimal gündəlik dozası 2 q-dır.Uşaqlarda - gündəlik doza hər 12 saatdan bir 50-75 mq/kq təşkil edir. Maksimal gündəlik doza 2 q-dan çox olmamalıdır.
Meningit zamanı -  hər 12 saatdan bir 100 mq/kq. Maksimal gündəlik doza 4 q-dan artıq  olmamalıdır.
Kəskin ağırlaşmamış qonoreyada – birdəfəyə 250 mq.
Əməliyyatdan öncə - 30 və yaxud 120 dəqiqə əvvəl vena daxilinə  1 q.
Törədicisi beta-hemolitik streptokok olan xəstəliklər zamanı müalicə müddəti 10 gündən az olmamalıdır.
İnyeksiya məhlullarının hazırlanma qaydası
Əzələdaxili inyeksiya üçün  1 q ə/d KENACEF 4 ml 1%-li lidokain-hidroxlorid məhlulunda,  həll edilir.

 
Saxlanma şəraiti:
25°C-dən artıq olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
KENACEF inyeksiya üçün hazırlanmış məhlulu otaq temperaturunda saxlandıqda - 24 saat ərzində,
soyuducuda (4°C-də) saxlandıqda -  72 saat ərzində stabilliyini saxlayır.
 Aptekdən buraxılma şərti:Resept əsasında buraxılır.

Hər flakonda: 1q seftriaksona bərabər seftriakson natrium və
həlledici kimi 1%-3,6 ml lidokain.
Kenacef 1q - Təsiredici maddə: 1q seftriaksona bərabər seftriakson natrium
Köməkçi maddələr: həlledici kimi 1%-3,6 ml lidokain.